Yol hərəkəti haqqında


Maddə 328. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə69/86
tarix06.05.2023
ölçüsü1,33 Mb.
#126467
1   ...   65   66   67   68   69   70   71   72   ...   86
yhq az 062743

Maddə 328. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma 
328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - 10 manat məbləğində 
cərimə edilir. 
328.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - 50 manat məbləğində 
cərimə edilir + 2 bal. 
328.3. Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə - 150 manat məbləğində 
cərimə edilir + 3 bal. 
328.4. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə - 250 manat məbləğində 
cərimə edilir + 4 bal. 
Maddə 329. Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından 
istifadə qaydalarınınpozulması 
329.1. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - 40 manat məbləğində cərimə 
edilir. 
329.2. Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və 
ya onu düymələməyən sərnişinləri motosikletdə daşımağa görə - 40 manat məbləğində cərimə edilir. 
329.3. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - 30 manat məbləğində cərimə 
edilir. 
Maddə 330. Piyadaya yol verilməməsi
330.0. Sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni: 
330.0.1. nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya; 


2017v3 
88 
330.0.2. yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya 
yol verilməməsinə görə - 50 manat məbləğində cərimə edilir. 
Qeyd:
Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya 
yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna 
malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa 
düşülür. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin