Yol hərəkəti haqqında


Maddə 529. İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə84/86
tarix06.05.2023
ölçüsü1,33 Mb.
#126467
1   ...   78   79   80   81   82   83   84   85   86
yhq az 062743

Maddə 529. İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra 
edilməməsi 
529.3. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati 
tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş 
əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə 
məhdudlaşdırılır. 
Qeyd: Bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə 
pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında 
iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. 
Maddə 27. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması 
27.3. Bu Məcəllənin 327.8, 333, 342.8 və 343-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, nəqliyyat 
vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıla 
bilməz. 
27.4. Bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər 
bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitəsini idarə etmək 
hüququ məhdudlaşdırılır. 
Maddə 428.5. Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın 
yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə - fiziki şəxslər 30 manatdan 50 
manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 
manatadək məbləğdə cərimə edilir. 
 
Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi 
8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada 
sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) 
qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin