2017v3
15
I. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi
məqsədilə və yol-
nəqliyyat hadisələrinin sayının, bu hadisələr nəticəsində dəyən zərərin azaldılmasına yönəldilmiş dövlət və yerli
əhəmiyyətli proqramlar işlənib hazırlanır.
II. Bu proqramlar ərazi və sahə planlaşdırılmasının səmərəli əlaqələndirilməsi, bir-birinə bağlı olan balanslaşdırılmış
göstəricilərin formalaşdırılması əsasında, konkret regionun sosial-iqtisadi
və ekoloji şəraiti, yol şəbəkəsinin inkişaf
səviyyəsi, qəza vəziyyəti və yol hərəkətinin vahid uçotu sisteminin digər göstəriciləri nəzərə alınmaqla hazırlanır.
III. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması proqramına aşağıdakılar daxil edilməlidir:
1) yolların inkişafı və genişləndirilməsi;
2) yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi;
3) yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin təhlili
və yol-nəqliyyat hadisələrinin, onların nəticələrinin
azaldılması üzrə tədbirlər;
4) müəyyən dövr üçün proqnozlar;
5) əsaslandırılmış konkret məqsədlər;
6) həyata keçirilməsi nəzərdə tutulan məqsədlərə çatmağa imkan verəcək tədbirlər;
7) proqramın dəyəri və onun maliyyələşdirilmə mənbələri, yol fondlarının yaradılması;
8) proqramın yerinə yetirilməsinə nəzarətin formaları və mütəmadiliyi.
Maddə 23. Yol hərəkəti təhlükəsizliyini təmin etmək tədbirlərinin maliyyələşdirilməsi
I. Proqramlarda nəzərdə tutulmuş tədbirlər, habelə yol hərəkəti təhlükəsizliyini təmin etmək sahəsində digər tədbirlər
Azərbaycan Respublikası
büdcəsinin, yerli büdcələrin, büdcədənkənar vəsaitlərin və Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanlarının vəsaiti hesabına maliyyələşdirilir.
II. Yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin
sosial müdafiəsini
gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının
pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə
əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı
ödənilən digər əlavə
xidmətlərdən daxil olan vəsaitlər müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü
və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
III. Bu Qanunun müddəalarını pozmağa görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan
vəsait subyektlər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır.
Dostları ilə paylaş: