Yol hərəkəti haqqında


Maddə 28. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə20/86
tarix06.05.2023
ölçüsü1,33 Mb.
#126467
1   ...   16   17   18   19   20   21   22   23   ...   86
yhq az 062743

Maddə 28. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi 
I. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından 
kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir. 
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol 
hərəkətində fərqlənmə nişanı — “AZ”, bu sənədi verən orqanın adı, onun verilmə tarixi və aşağıdakı məlumatlar 
göstərilir: 
1) nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi — “A”; 
2) nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatının tarixi — “B”; 
3) nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və yaşayış yeri — “C”; 
4) nəqliyyat vasitəsi istehsalçısının adı və ya markası — “D”; 
5) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, rəngi — “E”; 
6) nəqliyyat vasitəsinin icazə verilmiş maksimum kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) — “F”; 
7) nəqliyyat vasitəsinin yüksüz kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) — “G”; 
8) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarlılıq müddəti (bu müddət Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılırsa) — “H”. 
II. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində 
(“Certificat dimmatriculation”), bu maddənin birinci hissəsinin 1-ci—8-ci bəndlərində göstərilən məlumatların adı 
Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar. 


2017v3 
20 
III. Nəqliyyat vasitəsi qeydiyyat üzrə uçota alındıqda, bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə 
tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilir. 
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. 
IV. Nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı dəyişdirildikdə, ona verilmiş nəqliyyat vasitəsinin qeydiyyat 
şəhadətnaməsi itdikdə və ya yararsız hala düşdükdə, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada 
onlara verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi dəyişdirilir. Qeydiyyat şəhadətnaməsinin dublikatını 
almaq üçün, onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki şəhadətnamənin itirilməsi barədə 
müvafiq icra hakimiyyəti orqanına müraciət edir. 
V. Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat 
şəhadətnaməsindəki yazılarda dəqiqsizliyə yol verilmişdirsə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat 
vasitəsi sahibindən dövlət rüsumu alınmadan, müvafiq dövlət orqanının hesabına dəyişdirilir. 
VI. Bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanları nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrindəki məlumatların 
mərkəzləşdirilmiş uçotunun aparılmasını təmin edirlər. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin