2017v3
23
II. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin
müayinədən keçirilməsi
haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq,
Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.
4 FƏSİL
Nəqliyyat vasitələrini idarəetmə hüququ
Maddə 33. Nəqliyyat vasitələrini idarəetmə hüququ
I. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol
hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının
ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.
II. Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan
yaranır:
1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi və “A1” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə
hüququ - 16 yaşdan;
3) “A”, “B” və “C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 18 yaşdan;
4) “BE” - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan (“B” kateqoriyasına
daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);
5) tramvayları, trolleybusları idarəetmə hüququ - 21 yaşdan;
5-1) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan (“C” kateqoriyasına
daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
5-2) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək və
avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);
6) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək və “D”
kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə).
Hərbi qulluqçular “CE”, “D” və “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu
qanunvericiliklə müəyyən edilmiş qaydada 19 yaşdan əldə edə bilərlər.
III. Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini
idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını Azərbaycan Respublikasının
müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir və sürücülüyə yararsız hesab edilən şəxslər barədə məlumatları müvafiq icra
hakimiyyəti orqanlarına göndərir.
IV. Velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki
yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir.
V. Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ
yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:
1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək;
2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş
hallarda kobud surətdə
pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan
müddətin qurtarmasınadək;
3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə
— xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək.
VI. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş
xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, yaxud nəqliyyat
vasitələrini idarə
etmək sahəsində üç ildən az təcrübəsi olan, yaxud axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların
ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə
görə sürücülük hüququndan məhrum olunmuş şəxslər avtobusları, tramvayları və trolleybusları idarə etməyə
buraxılmırlar.
Dostları ilə paylaş: