2017v3
34
V. Eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını
tutduqları intensiv hərəkət vaxtı asta gedən nəqliyyat vasitələri yalnız sağ kənar zolaqla hərəkət etməli, tam kütləsi
3,5 tondan çox olan nəqliyyat vasitələri isə həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır;
hərəkət
istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir.
VI. Nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız
sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq,
hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını
qaydalara əməl etməklə dəyişə bilərlər.
Dostları ilə paylaş: