Yol hərəkəti haqqında


Maddə 65. Məcburi hərəkət istiqaməti nişanları



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə48/86
tarix06.05.2023
ölçüsü1,33 Mb.
#126467
1   ...   44   45   46   47   48   49   50   51   ...   86
yhq az 062743

Maddə 65. Məcburi hərəkət istiqaməti nişanları 
I. Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini
sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. 
II. Bu nişanların dairəvi forması və mavi fonu vardır. 
III. 
4.1.1, 
4.1.2, 
4.1.3, 
4.1.4, 
4.1.5, 
4.1.6 nişanları yalnız oxlarla 
göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 
IV. 
4.1.1, 
4.1.2, 
4.1.3, 
4.1.4, 
4.1.5, 
4.1.6 nişanlarının qüvvəsi 
qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. 
V. Yol sahəsinin başlanğıcında qurulmuş 
4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan 
həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir. 
4.4 nişanı minik 
avtomobillərinin, avtobusların, motosikletlərin, və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük 
avtomobillərinin hərəkətinə icazə verir. Bu nişan işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə 
həmin sahədə yaşayan vətəndaşlara xidmət edən və ya məxsus olan digər nəqliyyat vasitələrinin hərəkətinə də icazə 
verir. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın yolayrıcından girib-çıxmalıdırlır.
 
Maddə 66. Məlumatverici-göstərici nişanlar
I. Məlumatverici-göstərici nişanlar hərəkətin müəyyən rejimini tətbiq və ya ləğv edirlər, eləcə də yaşayış 
məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər. 
II. Bu nişanların düzbucaq forması vardır, sürücülərin və hərəkətin digər iştirakçılarını yolun vəziyyətinin 
xüsusiyyətləri, yaşayış məntəqələrinin adları, onların keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində 
hərəkət rejiminin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Bu qrup nişanların müxtəlif fonları vardır. Yaşıl fon 
avtomagistral, göy fon bütün başqa avtomobil yolları deməkdir. Ağ fonu olan 
5.22 və 
5.23 nişanları 
yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğunu, göy fonu olan 


2017v3 
46 
5.24 və 
5.25 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin 
bu yolda tətbiq olunmadığını göstərir. İşarələrin sarı fonu yolun təmir olunan hissələrinin yanından keçmə üçün 
tətbiq olunur. 
III. 
5.40, 
5.42, 
5.44, 
5.46 yol nişanları müvafiq zonanın başladığı yerdə, 
5.41, 
5.43, 
5.45, 
5.47 yol nişanları həmin zonanın qurtardığı yerdə 
quraşdırılır. 
5.40, 
5.42, 
5.44, 
5.46 yol nişanları müvafiq zonada yerləşən 
bütün yollarda qüvvədə olur.
IV. Qəza dayanacağı yerləri təcili rabitə telefonu və ya yanğınsöndürənlə təchiz edildikdə 
5.48.1 və 
5.48.2 “Qəza dayanacağı yeri” yol nişanlarının aşağı hissəsində müvafiq olaraq 
6.17 və 
6.18 yol nişanları quraşdırılır.
V. 
5.49.1, 
5.49.2 və 
5.49.3 yol nişanları tunellərdə 
maksimum 50 metr bir-birindən aralı olmaqla 1-1,5 metr hündürlükdə yan divarlarda quraşdırılır və qəza çıxışlarının 
istiqamətini və məsafəsini göstərir.
VI. 
5.50.1, 
5.50.2 və 
5.50.3 yol nişanları avtomagistraldan çıxış yerlərinədək olan məsafəni 
göstərir. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin