Yol hərəkəti haqqında


Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə7/86
tarix06.05.2023
ölçüsü1,33 Mb.
#126467
1   2   3   4   5   6   7   8   9   10   ...   86
yhq az 062743

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri 
I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır: 
1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti 
qaydalarının tələblərinə riayət etmək; 
2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq; 
3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindən əmək 
və istirahət rejiminə əməl olunmasına nəzarət etmək; 
4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədə olan qaydalar, normativlər və 
standartlar əsasında xüsusi qaydalar qəbul etmək; 
5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın 
fövqəladə hallarda istismarı məsələlərini həll etmək; 
6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək. 
II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi 
qadağandır. 
Maddə 6. Yol hərəkəti sahəsində fiziki şəxslərin hüquq və vəzifələri 
I. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı hüquqları vardır: 


2017v3 

1) müəyyən edilmiş qaydalara müvafiq olaraq avtomobil yollarında sərbəst və maneəsiz hərəkət etmək, 
müvafiq icra hakimiyyəti orqanlarından yol hərəkəti şəraiti haqqında məlumat almaq; 
2) avtomobil yollarında hərəkətin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin səbəbləri barədə 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından məlumat almaq; 
3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məmulatların və xidmətlərin keyfiyyəti haqqında 
məlumat almaq; 
4) yol-nəqliyyat hadisələri zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada 
pulsuz tibbi yardım və digər təcili kömək almaq; 
5) yolların hərəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri 
zamanı səhhətinə, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının 
qanunvericiliyinə müvafiq qaydada tələb etmək; 
6) yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin 
hərəkətlərindən məhkəməyə şikayət etmək; 
6-1) barələrində yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən inzibati tənbeh haqqında 
qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet 
informasiya ehtiyatlarından məlumat almaq; 
7) bu Qanunla müəyyən olunmuş digər hüquqlardan istifadə etmək. 
II. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı vəzifələri vardır: 
1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol 
hərəkəti qaydalarına əməl etmək; 
2) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştirak etmək və bunun üçün keçirilən tədbirlərdə 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına köməklik göstərmək; 
3) onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək; 
4) yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı və ətraf mühitin nəqliyyatın zərərli təsirindən qorunması üçün 
tədbirləri həyata keçirmək; 
5) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin