Yol hərəkəti haqqında


Maddə 340. Kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə78/86
tarix06.05.2023
ölçüsü1,33 Mb.
#126467
1   ...   74   75   76   77   78   79   80   81   ...   86
yhq az 062743

Maddə 340. Kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi 
və texnikanın sazlığı haqqında sənədin verilməsi qaydalarının pozulması 
340.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən kənd təsərrüfatı texnikasının sahibləri və 
ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada 
və müddətdə texnikanı dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət 
qeydiyyatından keçirilmiş texnika icarə müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) 
əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə - fiziki şəxslər 50 manat 
məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir. 
340.2. Bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının 
aparılması, texnikanın qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar texnikanın 
sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, texnikanın qeydiyyata alınmasında və ya 
qeydiyyatdan çıxarılmasında, yaxud texniki baxışının keçirilməsində və ya texniki sazlığı haqqında sənədin 
verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də 
texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə - 150 
manatdan 200 manatadək məbləğdə cərimə edilir. 
Qeyd:
Şəxs bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş texnikanı dövlət qeydiyyatından və ya “Yol hərəkəti 
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə 
etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində texnikanı dövlət qeydiyyatından və ya texniki 
baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb 
olunmur. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin