DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ
LAYİHƏSİ (Kredit Nö 4595AZ) “YOL SEKTORUNDA LABORATORİYA ŞƏRAİTİNDƏ TEST SINAQLARININ APARILMASI” MÖVZUSUNDA XARİCDƏ İXTİSASARTIRMA VƏ STAJKEÇMƏ PROQRAMININ TƏŞKİLİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.
Xaricdə İxtisasartırma və Stajkeçmə Proqramının Məqsədi proqram iştirakçısı(lar)nın biliklərinin yol sektorunda laboratoriya şəraitində test sınaqlarının aparılması üsulları üzrə məlumatlandırılma, praktiki təcrübənin keçilməsi, həmçinin bu sahədə digər təlim fəaliyyətləri vasitəsilə artırılmasıdır. Proqram iştirakçısı(ları) ümumilikdə yol sektorunda laboratoriya şəraitində test sınaqlarının aparılması üçün lazım olan bütün əsaslarla və üsullarla tanış olacaq. Xaricdə İxtisasartırma və Stajkeçmə Proqramı yol sahəsi üzrə laboratoriyalarda tətbiq olunan prosedurlar, metod və texnologiyalara dair prinsiplər və praktiki təcrübə haqqında anlayışlar, həmçinin yol materiallarına dair aparılan laboratoriya sınaqlarının nəticələrinin təhlili və şərhini əhatə edəcəkdir. Proqram iştirakçısı(ları) əldə etdikləri praktiki təcrübə və tədqiqat vasitəsilə müvafiq sahədə aparılan sınaqlarla tanış olacaq və sınaqların aparılması üsullarının keyfiyyətə nəzarət və keyfiyyətin təmin olunması şərtləri daxilində qiymətləndirilməsini həyata keçirəcək.
Xaricdə İxtisasartırma və Stajkeçmə Proqramı aşağıda qeyd olunmuş mövzuları əhatə edəcək, lakin bununla məhdudlaşmayacaq:
Quyuların qazılması üsulları, avadanlığı və nəzarət
Yol örtüyü üzərində yerli sınaqlar (yol örtüyünün fiziki xüsusiyyətlərini qiymətləndirmək üçün sınaq aləti – portativ deflektometr), Konik Penetrometr
Xaricdə İxtisasartırma və Stajkeçmə Proqramının müddətitəklifdən asılı olaraq 2 aydan 6 aya qədər nəzərdə tutula bilər.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan ixtisasartırma/təlim proqramının həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər müvafiq ixtisas tələblərinə və təcrübəyə malik olduqlarını təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:
müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
nizamnamə.
Seçim meyarları:
İxtisasartırma və Stajkeçmə Proqramını Həyata Keçirən Təchizatçı yol sektorunda laboratoriya şəraitində test sınaqlarının aparılmasında istifadə olunan metodlar və yaxud digər müvafiq sahədə təhsil və təlim proqramlarının yerinə yetirilməsi üzrə geniş təcrübə və biliyə malik olan nüfuzlu təhsil müəssisəsi və yaxud hər hansı digər təşkilat olmalıdır;
İxtisasartırma və Stajkeçmə Proqramını Həyata Keçirən Təchizatçının təlimçisi(ləri) tələb olunan ixtisas tələblərinə cavab verməli və müvafiq sahədə ən azı 5 illik təcrübəyə malik olmalıdır(lar);
İxtisasartırma və Stajkeçmə Proqramını Həyata Keçirən Təchizatçının təlimçisi(ləri) proqram iştirakçısının(larının) bildiyi təlim dilini – Türk dilini səlis bilməlidir(lər);
Digər maliyyə mənbələrindən maliyyə vəsaitinin ayrılmasını təklif edən İxtisasartırma və Stajkeçmə Proqramını Həyata Keçirən Təchizatçılara üstünlük veriləcəkdir.
Xidmətlərə maraq göstərən şirkətlərin diqqəti Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”nın (May 2004, düzəliş edilib: Oktyabr 2006 və May 2010) Maraqların Ziddiyyəti üzrə Dünya Bankının siyasətini ifadə edən 1.9 paraqrafına yönəldilir.
Məsləhətçi şirkət öz ixtisas göstəricilərini təkmilləşdirmək məqsədilə digər şirkətlərlə birgə müəssisə və ya sub-məsləhətçi formasında birləşə bilərlər.
Məsləhətçi şirkət Dünya Bankının Məsləhətçilər üçün Təlimatın Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür. Xaricdə İxtisasartırma və StajkeçməProqramı haqqında ətraflı məlumatın əks olunduğu Texniki Tapşırıq Sənədi www.training.gov.az veb səhifəsindən yüklənə bilər. Maraqların İfadəsi sənədi yazılı şəkildə 11 May 2012-ci il tarixinə qədər aşağıdakı ünvana (şəxsən və/ya poçt və/ya faks və/ya e-mail vasitəsilə) təqdim edilməlidir: