Əgər xəstə 6 aydan artıq müddət ərzində daimi yorğunluqdan şikayətlənirsə və bu yorğunluğun səbəbini heç bir orqan və ya sistem patologiyası ilə izah etmək mümkün deyilsə, bu hal“Xroniki
yorğunluq Sindromu” adlanır.
Əlamətləri: Bir insan stresə tab gətirə bilmir
daimi emosional və sinir yükü insanın
psixoloji və fiziki vəziyyətinə təsir
göstərir.
1
Müasir həyatın sürətli ritmi bəzən biz insanların maşın deyil,
müntəzəm istirahətə ehtiyacı olan fərdlər olduğumuzu xatırlamağa imkan vermir.
Unutmayaq ki, hətta mexanizmlərin və avadanlıqların istirahətə ehtiyacı var, insanlar bir yana qalsın! Axı, hətta ən sağlam və davamlı orqanizm də gecə-gündüz işləyə bilməz.
Sinir hüceyrələri, bədənin qalan hissəsi kimi, yorğunluğun yığılmaması üçün normal istirahətə ehtiyac duyurlar.
Yorğunluğun səbəbləri
Qeyd etdiyimiz kimi xəstəliyin səbəbləri tam məlum deyil,
psixoloji stress
hipotoniya (aşağı qan təzyiqi)
zəifləmiş immun sistemi
hormonal disbalans və xəstəliyə genetik meyllilik həlledici rol oynaya bilər
Bəzi hallarda xəstəlik, keçirilmiş virus infeksiyasından sonra başlayır, bu da immun sisteminin zəifləməsi ilə əlaqədardır. Stress və allergiya halları xəstəlik riskini artıra bilər. XYS olan şəxslərdə Ig G miqdarı və Natural Killer (N.K) hüceyrələrin artması müşahidə edilir.
Bəs biz necə istirahət edə bilərik
Müalicəsi
Xəstəliyin müalicəsi üçün spesifik müalicə taktikası işlənib hazırlanmamışdır. Müalicənin əsas prinsipi narahatlıq törədən simptomları aradan qaldırmaqdır.
- siqaret və alkoqol qəbulunu azaltmaq
yuxu siklini bərpa etmək lazımdır. Xəstə hər gün eyni vaxtda yatıb, səhər eyni vaxtda oyanmağı vərdiş etməlidir. Emosional vəziyyətlərdən və gərgin fiziki işlərdən yayınmaq məsləhətdir.
XYS olan şəxslərə ardıcıl olaraq (pillə-pillə) fiziki yükləməni artırmaq məsləhət görülür.
Bəzi hallarda ağrıkəsicilərdən, vitaminlərdən və antidepressantlardan istifadə oluna bilər. Bir qayda olaraq belə xəstələr qrup halında psixoterapiya seanslarına qatıldıqda müsbət effekt əldə etmək olar.