Gediş sənədlərinin sənədləşdirilməsi
“Ekspress” terminalı olmayan stansiyalarda gediş sənədləri əl ilə sənədləşdirilir. Eyni zamanda terminalda nasazlıq üzündən dayanma baş verərsə bilet kassası tərəfindən dispetçer mərkəzindən yerlər barədə məlumat almaqla gediş sənədlərini əl ilə sənədləşdirmək mümkündür.
Blank bileti gediş üçün istənilən sərnişin və sürət qatarının istənilən vaqonuna verilə bilər. Gediş sənədləri sərnişinlərə verilməmişdən əvvəl sənədin formasında nəzərdə tutulan lazımi məlumatlarla (yola düşmə stansiyası, təyinat stansiyası və yolu, gediş yolu, vaqonların nömrəsi) doldurulmalıdır.
Bütün sənələri mütləq diyircəkli qələmlə, sözləri qısaltmadan doldurmaq lazımdır. Gediş sənədləri blanklarında nəyisə pozmaq və ya düzəliş etmək olmaz. Blank kəsilərkən, komposterlə nişanlanarkən və ya doldurularkən səhvə yol verildikdə qüsurlu sayılır və sutkalıq hesabatda korlanmış kimi göstərilir. Bu halda sərnişinə yeni gediş sənədi verilir.
Əgər qatarın nömrəsi üçrəqəmlidirsə, onda gediş sənədində qatarın nömrəsinin ilk rəqəmi və ya qatarın bütöv nömrəsi əllə yazılır. Yerdə qalan məlumatlar komposter nişanları ilə işarələnir.
Şəhərətrafı qatarlarda gediş sənədləri komposterlənərkən qatarın nömrəsi və tarıx gediş sənədinin üzərində olan qrafada əl ilə yazılır. Biet satışı qatarın işərisində təşkil olunan bütün rekvizitlər əl ilə yazılır.
Uşaqlara böyüklər üçün nəzərdə tutulan gediş sənədlərinin verilməsi qadağandır.
Dostları ilə paylaş: |