Yük stansiyasının təsnifatı və xarakteristikası


Dəmir yolu biletlərindən düzgün istifadə edilməsi



Yüklə 43,88 Kb.
səhifə17/25
tarix10.01.2022
ölçüsü43,88 Kb.
#109663
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
Dəmir yolu biletlərindən düzgün istifadə edilməsi

Yerli və uzaq məsafələrə gedən sərnişin qatarlarında şəhərətrafı biletlə gedən sərnişin aşkar edildikdə o, biletsiz hesab olunur. Səhvən gediş sənədində göstərilən istiqamətin əksinə gedən qatara əyləşən sərnişin yaxın stansiyada qatarı tərk etməlidir. Bu halda nəzarətçi – müvəkkil və ya qatar rəisi (briqadir-mexanik) akt tərtib edərək 2-ci nüsxəni sərnişinə verir ki, bu da sərnişinə gediş haqqı ödəmədən əsas minik stansiyasınadək pulsuz getmək hüququ verir. Səhvən başqa istiqamətə gedən qatara minən sərnişindən cərimə tutulmur.

Gediş sənədi yüksək kateqoriyalı vaqonda getmək hüququ verməyən və belə vaqona minən sərnişindən cərimə tutulmur. Sərnişin gediş sənədinə müvafiq olan vaqona keçməyə borcludur və ya orada boş yer olarsa, faktiki olaraq tutduğu yerə müvafiq olaraq əlavə haqq ödəyərək orada qala bilər . Qatarda saxta və ya ona məxsus olmayan gediş sənədli sərnişin aşkar edildikdə, o ondan tutulan cərimədən asılı olmayaraq, qarşıdaklı yaxın stansiyada dəmiryol nəqliyyatının polis orqanlarına təhvil verilir və bu barədə akt tərtib edilir.

Sərnişinin təqdim etdiyi gediş sənədinin düzgünlüyünə şübhə yaranarsa, nəzarətçi şəxs sərnişinin ödədiyi məbləği, gediş sənədinin alındığı yeri, sərnişinin şəxsiyyətini və yaşayış yerini müəyyən edərək LU-4 formalı akt tərtib edir. Aktın 1 nüsxəsi sərnişinə verilir ki, təyinat stansiyasına qədər yolunu davam etdirsin. Aktın digər nüsxəsi araşdırılmaq və tədbir görülmək üçün Sərnişin Daşıma İstehsalat Birliyinə və ya maliyyə xidmətinə göndərilir. Əgər bu hal stansiyada aşkar olunarsa sərbəst formada 3 nüsxədən ibarət akt tərtib olunur. Aktın 1 nüsxəsi sərnişinə verilir ki, bilet kassasından növbəti pulsuz bilet alsın, digər nüsxəsi araşdırılması üçün aidiyyatı üzrə Sərnişin Daşıma İstehsalat Birliyinə göndərilir.

Gediş sənədini itirən sərnişin onun itirilməsi faktı təsdiq edildikdə cərimə ödəməkdən azad edilir, lakin qarşıdakı yol üçün yeni gediş sənədi almalıdır.


Yüklə 43,88 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin