Yük stansiyasının təsnifatı və xarakteristikası


Gediş sənədlərinin avtomatlaşdırılmış “Ekspress – AZ” sistemi ilə qaydaları



Yüklə 43,88 Kb.
səhifə18/25
tarix10.01.2022
ölçüsü43,88 Kb.
#109663
1   ...   14   15   16   17   18   19   20   21   ...   25
Gediş sənədlərinin avtomatlaşdırılmış “Ekspress – AZ” sistemi ilə qaydaları

Gediş sənədləri avtomatlaşdırılmış “Ekspress-AZ” sistemi vasitəsi ilə xüsusi hesabatla standart blanklarda tərtib edilir. İnformasiyanı blanka sistemin terminalında qoyulan xüsusi bilet çapetmə qurğuları ilə daxil edirlər. Sənədin forması aşağıdakı məlumatları nəzərdə tutur: qatarın beçrəqəmli nömrəsi, yola düşmə tarixi, yola düşmə vaxtı, vaqonun nömrəsi, vaqonun növü, gediş haqqı, sənədin adı, yola düşmə və təyinat stansiyalarının adı, yerlərin nömrəsi, xidməti məlumat.

“Ekspress-AZ” sisteminin blanklarını pozmağa və düzəliş aparmağa yol verilmir. Gediş sənədi korlandıqda blank ləğv edilir.

“Ekspress-AZ” sistemi vasitəsilə bir blankda bir neçə nəfər üçün gediş sənədi tərtib edilə bilər. Gediş sənədi qatar dəyişməklə verildikdə gediş sənədi ilk qatar dəyişmə məntəqəsinədək komposterlənmiş hesab edilir və bu o zaman olur ki, qatarın biletdəki nömrəsi ilə uyğun gəlsin. Uşaq biletinə sıfır dəyərində əlavə ödənc “Ekspress-AZ” sistemi vasitəsi ilə blanka “Minik talonu” sözünü çap edir. Uşaq biletini böyüklər üçün yam qiymətə yenidən tərtib edərkən sərnişinə yeni gediş sənədi və qaytarma blankı verilir.

Yalnız daxili işlər orqanı tərəfindən verilən buraxılışla gediş üçün olan stansiyalaradək gediş sənədləri tərtib edilərkən gediş sənədində “SZ” işarəsi çap edilir. Böyük Vətən müharibəsi iştirakçısının arzusu ilə səfəri, tarixi və ya istiqaməti dəyişdikdə o, əvvəl aldığı gediş sənədlərini qaytarmalıdır. Onun əvəzində gediş sənədlərinin dəyəri qaytarılır və ona yeni güzəştli gediş sənədi almaq hüququ verən talon verilir.

Pulsuz gedişin tərtibi zamanı pulsuz gediş sənədi verilir. Verilmiş “pulsuz gediş sənədi”ni bir dəfədən çox olmayaraq dəyişməyə icazə verilir. Pulsuz gediş sahibi yeni gedişin təritibi üçün alınan gediş sənədini qatar yola düşənədək kassaya qaytarmalıdır. “Ekspress-AZ” sistemi vasitəsilə qaytarma əməliyyatı başa çatdıqdan sonra kassir üstündə “komposter çıxarılıb, tarixi və saat”qeydi ilə pulsuz gediş sənədini və köməkçi qaytarma blankını sahibinə qaytarır. Əvvəl alınmış gediş sənədinin və “Qaytarma” blankının əsasında sərnişinə yeni pulsuz gediş sənədi tərtib edilir. Əvvəl tərtib edilmiş pulsuz gediş sənədi və “qaytarma” blankı hesabat üçün kassada qalır.




Yüklə 43,88 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin