Gediş sənədlərinin əllə tərtibi
Gediş sənədi əllə tərtib edilərkən mürəkkəb və yaxud diyircəkli qələmdən istifadə edilir. Həmçinin hazır mətni olan mastikalı ştamp da tətbiq edilə bilər. Yerli yollarda unifikasiya edilmiş blank gediş sənədləri də işlənir, onlar bütün kateqoriyadan olan sərnişinlər (tam, güzəştli, uşaq bileti) üçün nəzərdə tutulmuşdur.
Gediş və yola düşmə vaxtını işarə etmək üçün üz tərəfədə kiptoqramdan istifadə edilir, lakin əvvəlki kimi gediş sənədləri iynəli komposterlə deşilir. Komposterlə deşmə uzununa ikiqat qatlanmış gediş sənədinin içəriyə qoyulmasından sonra icra edilir. İynəli komposterdə əvvəlcə qatarın nömrəsi yığılır, çox vaxt isə onu əllə yazırlar. İki rəqəmlə tarix, Rum rəqəmi ilə ay və iki rəqəmlə il yazılır. Məsələn, 61829XII 98 komposteri belə oxunur: yola düşmə 29 dekabr 1998-ci il, qatar №618.
Gediş sənədlərində heç bir düzəliş aparmağa, nəyi isə pozmağa, ya da yenidən yazmağa yol verilmir. Blank doldurularkən, kəsilərkən, komposterlə deşilərkən səhv buraxılarsa, o korlanmış hesab edilir. Sərnişinə isə bu halda yeni gediş sənədi verilir.
Blank gediş sənədini yoxlayarkən bələdçi işığa tutmaqla iynəli komposteri və onun gediş sənədinin kiptoqrammasının üz tərəfində əllə qeyd olunan məlumatlara uyğun kəlməsini yoxlayır. Sonra marşrit yola düşmə və təyinat stansiyası, vaqonun və yerin nömrəsi yoxlanılır. Bələdçi blank gediş sənədlərini”Ekspress” sistemi ilə tərtib edilən sənədlər kimi komposter işarələrini pozmadan ləğv edir.
Dostları ilə paylaş: |