Yük stansiyasının təsnifatı və xarakteristikası


Xırda ev heyvanlarının daşınması



Yüklə 43,88 Kb.
səhifə25/25
tarix10.01.2022
ölçüsü43,88 Kb.
#109663
1   ...   17   18   19   20   21   22   23   24   25
Xırda ev heyvanlarının daşınması

Qatarlarda əl yükü normasından əlavə olaraq xırda ev heyvanlarının və quşların daşınmasına bütün vaqonlarda (SV, yüksək komfortlu sürət və “Ekspress” qatarlarından başqa) daşımağa icazə verilir ki, bu da baytar qaydaları ilə qadağan edilmədikdə mümkündür. Xırda ev heyvanları və quşlar qutularda, qəfəslərdə yerləşdirilməli və daşınan əl yükləri üçün ayrılan yerlərə qoyulmalıdır. İtlər ağızlığı, zəncirlə və ya qayışla bağlanmış halda daşınır. Vəhşi heyvanların, gəmiricilərin, ağ siçanların daşınmasına icazə verilmir. Itlərin qrup halında daşınmasına 15 sutkadan gec olmayaraq, əvvəlcədən dəmir yolu rəhbərliyinə verilmiş ərizə və ya sifariş əsasında, ayrıca icarəyə götürülmüş vaqonlarda icazə verilir. Itlərin daşınma haqqı dəmir yolu tərəfindən nəzərdə tutulmuş dərəcələr üzrə ödənilir. Itlərin, xırda ev heyvanlarının və quşların firma qatarlarında, vaqonlarında daşınması qadağandır.

Xırda ev heyvanlarının və quşların şəhərətrafı qatarlarda sərnişinin yanında daşınması dəmir yolu tərəfindən nəzərdə tutulan tarif üzrə haqq ödəməklə tərtib edilir. Ölkədaxili və beynəlxalq qatarlarda isə sərnişinlərə üzərində “Sərnişinin əlində baqaj” qeydi ilə baqaj qəbzi verilir. Xırda ev heyvanlarını yolda sərnişin vaqonundan baqaj vaqonuna keçirdikdə baqaj qəbzini sərnişindən alır və daşıma sənədi kimi qəbul-təhvilçiyə verirlər. Qəbul-təhvilçi sərnişinə baqaj qəbzinin nömrəsini və təyinat stansiyasını göstərən yarlıq verir.

Sərnişin qatarlarında iri cinsdən olan itərin, o cümlədən xidməti itlərin daşınması aşağıdakı qaydada aparılır:



  • baqaj vaqonlarında, xüsusi konteynerlərdə və ya altlığı olan qutularda sahiblərinin nəzarəti altında icra edilir ki, onlar da həmin qatarda getməlidirlər;

  • lokomotivin arxasındakı bərk vaqonun qeyri işlək tamburunda (iki itdən çox olmayaraq) həmin vaqonda yol gedən sahiblərinin nəzarəti altında.

Yüklə 43,88 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin