Yük stansiyasının təsnifatı və xarakteristikası


Yük stansiyasının növləri



Yüklə 43,88 Kb.
səhifə2/25
tarix10.01.2022
ölçüsü43,88 Kb.
#109663
1   2   3   4   5   6   7   8   9   ...   25
Yük stansiyasının növləri

Əsa təyinatı və gördüyü işin xarakterindən asılı olaraq yük stansiyalarının ümumi tipli (bütün növlərdən olan yüklərin yüklənib-boşaldılması üçün) və ixtisaslaşdırılmış tipli olurlar.



Ümumi tipli yük stansiyaları tarada qablanmış (qablaşdırılmış), qalaq vurulan, konteyner və digər növlü yüklər yüklənib-boşaldılır və bu stansiyalar çox zaman iri şəhərlərdə yerləşdirilir. Bu stansiyalar ADY QSC-nin Keşlə, Sumqayıt, Qaradağ, Gəncə və s. nümunələri göstərmək olar.

İxtisaslaşdırılmış yük stansiyaları müəyyən növ yüklər üçün ixtisaslaşdırılır. Bu stansiyalarda daş kömür, filiz, minerai-inşaat materialları yüklənib – boşalör və yaxud neft və neft məhsulları dolub boşalır. Bu stansiyalara ADY QSC-nin Bakı yük, Güzdək, Hacı Zeynalabdin Tağıyev, Dübəndi və s. stansiyaları nümunə göstərmək olar.

Müəssisələrin daxili dalan yollarına xidmət edən stansiyaların yollarında bilavasitə yükləmə-boşaltma işləri aparılmır, bu işlər yalnız müəssisələrin dalan yollarında həyata keçirilir. Yük stansiyalarında gücü və buraxılış imkanı verilmiş daşımaların həcmini, daşınan yüklərin qorunmasını, hərəkət tərkiblərinin vaxtında emal edilməsini, yüklərin yüklənməsi və boşaldılması vaxtını və mexanikləşdirilməsinitəmin edən qurğular tikilir. Yük nstansiyaları üçün 2 qrup əsas qurğular xarakterikdir:



  • Qatarların qəbulu və göndərilməsi, vaqonların çeşidlənməsini təmin edən yollar və qurğular (qəbul-göndərmə, işlək və çeşidləmə yolları, manevr qurğuları, texniki kontor, İMB (İşarəvermə, Mərkəzləmə, Bloklama) və rabitə qurğuları);

  • Yük qurğularının özü (yük anbarları, platformalar və meydançalar, yükləmə-boşaltma yolları, yükləmə-boşaltma maşın və mexanizmləri və s.)


Yüklə 43,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin