Yük stansiyasının təsnifatı və xarakteristikası


Müxtəlif yüklərin anbara yığılması qaydaları



Yüklə 43,88 Kb.
səhifə6/25
tarix10.01.2022
ölçüsü43,88 Kb.
#109663
1   2   3   4   5   6   7   8   9   ...   25
Müxtəlif yüklərin anbara yığılması qaydaları

Vaqonlardan boşaldılan yüklər örtülü anbara yaxud açıq meydançalara boşaldılır. Açıq meydançalara boşaldılan yüklərin siyahısı “Yüklərin daşınma qaydalarının” 15 –ci bölməsində verilmişdir.

Texnoloji iş prosesinə müvafiq olaraq yüklər anbarın müəyyən sahələrində yerləşdirilir. Anbarda yüklərin sıra, cərgə və ştabellərini elə yığmaq lazımdır ki, onlar bir-birilə qarışmasın və yüklər öz sahiblərinə dəqiq verilsin. Kisə və torbalara yığılmış yüklərin ştabellərinin hündürlüyü 6 m-dən çox olmamalıdır. Yeşiklərdə olan yüklər əl ilə yığılanda ştabelin hündürlüyü 3 m-ə qədər, mexanizmlərdə yığıldıqda isə 6 m-ə qədər olmalıdır.

Kisə və torbaları bir-birinə nisbətən sarğı vəziyyətində və mailliyi daxilə doğru yığılmalıdır. Hər altı cərgədən bir onların xarici tərəfindən taxta altıq qoyulur. Anbarda əl arabalarının və elektrik yükləyicilərinin hərəkəti üçün keçidlər olmalıdır. Bu keçidlərin eni anbarın ortasında ən azı 1 m, digər tərəfdən isə 0,5 m olamlıdır. Anbarın işərisində yanğın təhlükəsizliyini təmin etmək üçün yüklərə yaxınlaşmaq və digər məqsədlər üçün anbarın divarı ilə yük ştabelləri arasında 0,5 m məsafə, qapı qapısında isə qapının eni qədər keçid olmalıdır.

Bir göndərişə aid olan yüklər elə yığılmalıdır ki, onların markaları üz tərəfə yerləşsin və bu yüklərin hansı alıcıya aid olduğu tez müəyyən edilsin. Bi-birinə tez təsir edərək keyfiyyətinə zərər yetirən yüklərin bir yerdə saxlanması qadağandır.

Çay, qənd, kofe və digər ərzaq malları quru binalarda və taxta döşəmə üzərində saxlanmalıdır. Səpilən və qalaq vurulan yüklər açıq meydançalarda boşaldılan zaman onların hündürlüyü 1200 mm-ə qədər olarsa yaxın relsdən 2 m, 1200 mm-dən hündür olduqda isə yaxın relsdən 2,5 m uzaq yığılmalıdır.




Yüklə 43,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin