Yük stansiyasının təsnifatı və xarakteristikası



Yüklə 43,88 Kb.
səhifə8/25
tarix10.01.2022
ölçüsü43,88 Kb.
#109663
1   ...   4   5   6   7   8   9   10   11   ...   25
Sərnişin tarifləri

Dəmiryolu ilə sərnişin daşıma tarifləri (dəmir yolunda müəyyən olunmuş sərnişinlərin, baqajın və yük baqajının daşınmasının tarifləri və yığımları) şəhərətrafı, ölkədaxili istiqamət və beynəlxalq istiqamətlərə bölünürlər. Sərnişin daşıma tariflərinin yaranması daşımanın sürəti, daşımada iştirak edən vaqonların növləri, və sərnişinlərin uzaq məsafəyə getmələrikimi amillər nəzərə alınır. Yük tariflərindən fərqli olaraq sərnişin tariflərində sərnişinin ümumi vaqonda getməsi üçün minimum kamfort yaradılmasını nəzərə alaraq baza səviyyəsi müəyyən olunur.

Komfortun səviyyəsi və gediş surəti artdıqca əlavə haqlar tutulması nəzərdə tutulur.

Beynəlxalq sərnişin tarifləri 1 km-dən 12300 km-ə kimi qurulmuşdur. Hesabların sadələşdirilməsi üçün uzunluq intervalı tarif zolaqlarına bölünmüşdür və məsafə artıqca zolaqlar arasındakı interval məsafəsi də artır. Bu onunla əsaslanır ki, sərnişin daşınmasının maya dəyəri və tarifləri daşınma məsafəsi ilə mübaliğə təşkil edir ki, yəni daşınma məsafəsi uzandıqca maya dəyəri aşağı düşür. 74 tarif zolağı müəyyənləşmişdir və zolaqları arasındakı məsafə 10 km-dən başlayaraq 400 km arasında dəyişir.

Yığım – bu tarifə daxil olmayan əlavə aparılan əməliyyatlar və işlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş haqdır. Əlavə yığımlara satış, geriyə qaytarma, yük, yük-baqaj sənədlərinin sənədləşdirilməsi, saxlama və yükün çatması barədə məlimat haqları və s. daxildir.


Yüklə 43,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin