Yunesko-nun «Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında» Konvensiyasına, 1982-ci IL dekabrın 3-də imzalanmış «Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər



Yüklə 53,73 Kb.
səhifə12/12
tarix07.01.2022
ölçüsü53,73 Kb.
#86486
1   ...   4   5   6   7   8   9   10   11   12
Maddə 6

1. Bununla Sazişə girən Tərəflər hazırki Konvensiyanın yerinə yetirilməsini müzakirə etmək və ona yardım etmək məqsədi ilə Konfrans təsis edilir. 8-ci Maddənin 1-ci bəndində qeyd edilən Büro, Konfransın qəbul etdiyi başqa qərar müstəsna təşkil edildiyi hallar çıxılmaqla üç ildən çox olmamaq şərtilə Sazişə girən Tərəflərin Konfransını çağırır. Növbədənkənar sessiyalar isə sazişə girmiş Tərəflərin ən azı üçdə ikisinin yazılı xahişi üzrə çağırılır. Sazişə girən Tərəflərin Konfransının hər növbəti sessiyasında gələcək sessiyanın vaxtı və yeri təyin olunur.

2. Sazişə girən Tərəflərin Konfransı aşağıdakılar üzrə səlahiyyətə malikdir:

(a) hazırki Konvensiyanın yerinə yetirilməsini müzakirə etmək;

(b) Siyahıya əlavələr və onda dəyişiklikləri müzakirə etmək;

(v) 3-cü Maddənin 2-ci bəndinə uyğun olaraq Siyahıya daxil edilmiş su-bataqlıq sahələrin ekoloji mahiyyətində dəyişikliklər haqqında məlumatı müzakirə etmək;

(q) Sazişə girən Tərəflərə su-bataqlıq sahələrinin, onların fauna və florasının mühafizəsi, idarəsi və səmərəli istifadəsinə dair ümumi və xüsusi tövsiyyələr vermək;

(ğ) əsas etibarı ilə beynəlxalq mahiyyət daşıyan və su-bataqlıq sahələrinə aid hesabat və statistik məlumatların hazırlanması haqqında müvafiq beynəlxalq orqanlara müraciət etmək;

(d) hazırki Konvensiyanın həyata keçirilməsi məqsədi ilə digər tövsiyyələr və qətnamələr qəbul etmək.

3. Sazişə girmiş Tərəflər, bütün səviyyələrdə olan su-bataqlıq sahələrinin idarəsinə görə məsuliyyət daşıyanların hamısı xəbərdar olsunlar və belə Konfransların su-bataqlıq sahələri və onların fauna və florasının mühafizəsi, idarəsi və səmərəli istifadəsi barədə tövsiyyələrini nəzərə alsınlar.

4. Sazişə girən Tərəflərin Konfransı özünün hər sessiyasının keçirilmə Qaydalarını təsdiq edir.

5. Sazişə girən Tərəflərin Konfransları hazırki Konvensiyanın maliyyəsi barədə Əsasnamə haqqında xülasələr qəbul edir və həyata keçirir. Onun növbəti sessiyalarının sonunda iştirak edənlərin və Sazişə girən Tərəflərin səsvermədə iştirak edənlərin üçdə ikisinin çoxluğu tərəfindən növbəti maliyyə müddəti üçün büdcəni təsdiq edir.

6. Sazişə girən hər bir Tərəf, Konfransın növbəti sessiyasında iştirak edənlərin və Sazişə girən Tərəflərin səs vermədə iştirak edənlərin üçdə ikisinin çoxluğu tərəfindən qəbul edilmiş üzvülük haqqı cədvəli üzrə üzvülük haqqı ödəyir.

Maddə 7

1. Sazişə girən hər bir Tərəf belə Konfranslarda iştirak etmək üçün öz nümayəndə heyətlərinin tərkibinə elə şəxsləri daxil etməlidir ki, onlar öz elmi, idarəçilik və ya digər sahələrdə əldə etmiş olduqları bilik və bacarıqları ilə su-bataqlıq sahələri və ya su quşları üzrə mütəxəssis olsunlar.



2. Konfransda təmsil olunan Sazişə girmiş hər bir Tərəf bir səsə malikdir. Belə ki, tövsiyyələr, qətnamələr və qərarlar hazırki Konvensiyada təyin olunmuş xüsusi hallar müstəsna olmaq şərti ilə orada iştirak edənlərin və səs vermədə iştirak edənlərin adi səs çoxluğu ilə həyata keçirilir.
Yüklə 53,73 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin