Yunesko-nun «Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında» Konvensiyasına, 1982-ci IL dekabrın 3-də imzalanmış «Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər



Yüklə 53,73 Kb.
səhifə6/12
tarix07.01.2022
ölçüsü53,73 Kb.
#86486
1   2   3   4   5   6   7   8   9   ...   12
Maddə 5

Tərəflər bu Konvensiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar, xüsusən su-bataqlıq yerləri bir tərəfdən çoxunun ərazisində yerləşir və yaxud o yerdə su sistemi bir neçə tərəfin ərazisinə daxil olan hallarda bir-birləri ilə məsləhətləşir. Eyni zamanda onlar öz indiki və gələcək siyasətlərini və su-bataqlıq yerlərini, onların fauna və florasının mühafizəsinə dair qaydaları əlaqələndirirlər.



Maddə 6

1. Sazişə girən Tərəflər ehtiyac duyulduqca su-bataqlıq yerləri və su quşlarının mühafizəsinə dair konfrans çağırırlar.

2. Bu konfranslar məşvərətçi xarakter daşıyır və aşağıdakı məsələlər üzrə səlahiyyətlidir:

a. Hazırki Konvensiyanın yerinə yetirilməsini müzakirə etmək;

b. Siyahıya əlavə və dəyişiklikləri müzakirə etmək;

v. Siyahıya daxil edilmiş su-bataqlıq yerlərin ekoloji xüsusiyyətində dəyişikliklər haqqında məlumatı nəzərdən keçirmək;

q. Sazişə girən Tərəflərə su-bataqlıq yerlər, onların fauna və florasının mühafizəsi, idarəsi və səmərəli istifadəsinə dair ümumi və xüsusi məsləhətlər vermək;

d. Müvafiq beynəlxalq orqanlara su-bataqlıq yerlər, əsasən beynəlxalq mahiyyətli hesabatların və statistik məlumatların hazırlanmasına dair müraciət etmək.

3. Sazişə girən Tərəflər su-bataqlıq sahələri üzrə idarəetməyə görə tam məsuliyyət daşıyanlar su-bataqlıq sahələrinin, onların flora və faunasının mühafizəsi, idarəsi və səmərəli istifadəsi üzrə belə konfransların tövsiyyələrini nəzərə alsınlar və bu barədə məlumatı olsun.


Yüklə 53,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin