Maddə 7
1. Hazırki Protokolun əslləri ingilis və fransız dillərindədir ki, hər iki mətn eyni dərəcədə etibarlıdır və Depozitariyə saxlanmaq üçün verilir. Bu əsllərin təsdiqlənmiş nüsxələrini Depozitari bu Protokolu imzalamış və ya ona qoşulmaq haqqında sənəd təhvil vermiş bütün ölkələrə göndərir.
2. Depozitari Konvensiyanın Sazişə girmiş bütün Tərəfləri və bu Protokolu imzalamış və ya ona qoşulmaq haqqında sənəd təhvil vermiş ölkələri aşağıdakılar barədə ən qısa müddətdə xəbərdar edir:
a) bu Protokolun ölkələr tərəfindən imzalanması barədə;
b) hazırki Protokolun qəbulu, təsdiqi və ya ratifikasiyası barədə sənədlərin təhvili haqqında;
v) hazırki Protokola qoşulmaq barədə sənədlərin təhvili haqqında;
q) hazırki Protokolun qüvvəyə minməsi tarixi haqqında.
3. Hazırki Protokol qüvvəyə mindiyi anda Depozitari onu BMT-nin Nizamnaməsinin 102-ci Maddəsinə uyğun olaraq onun Katibliyində qeydiyyatdan keçirəcək.
Bunu təsdiq edərək səlahiyyəti olanlar hazırki Protokolu imzalayırlar.
3 dekabr 1982-ci il Parisdə icra edilib.
Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında Konvensiyaya qəbul edilmiş düzəlişlər.
Sazişə girən tərəflərin Konfransında (28 may 1987-ci il) qəbul edilmiş 6-cı və 7-ci maddələr əlavələrlə
Dostları ilə paylaş: |