Maddə 4
1. Sazişə girən hər bir Tərəf Siyahıya daxil olub-olmamasından asılı olmayaraq, su-bataqlıq sahələrinin və su quşlarının mühafizəsini təşkil etmək üçün həmin yerlərdə təbii qoruqlar yaradır və onlar üzərində lazımi nəzarəti təmin edir.
2. Sazişə girən hər bir Tərəf dövlət mənafeyi ilə əlaqədar olaraq su-bataqlıq yerlərinin Siyahıdan çıxardığı və ya onların ərazisinin azaltdığı hallarda o, mümkün qədər su-bataqlıq yerlərinin bununla əlaqədar itirilməsinə görə əvəzini ödəməli, xüsusən o, su quşları üçün əlavə təbii qoruqlar yaratmalı, onların ilkin yaşayış yerlərini kifayət qədər əhatə edən bu regionda və ya başqa yerdə ərazinin mühafizəsini təşkil etməlidir.
3. Sazişə girən Tərəflər su-bataqlıq yerlərinə, onların fauna və florasına dair tədqiqat və məlumatlar və çap əsərlərinin mübadiləsini dəstəkləyir.
4. Sazişə girən Tərəflər su quşlarının sayının artırılmasına su-bataqlıq ərazilərində səmərəli istifadə vasitəsilə nail olmağa çalışırlar.
5. Sazişə girən Tərəflər su-bataqlıq yerlərdə işləmək, tədqiqat aparmaq, eləcə də nəzarət üçün səlahiyyətli mütəxəssislərin hazırlanmasına yardımçı olurlar.
Dostları ilə paylaş: |