Yunesko-nun “İnformasiya hamı üçün” (İfap) Proqramının Azərbaycan komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” üzrə 2019-cu ilin I yarımilliyi ərzində görülmüş işlər haqqında hesabat



Yüklə 94,26 Kb.
səhifə1/25
tarix01.01.2022
ölçüsü94,26 Kb.
#103803
  1   2   3   4   5   6   7   8   9   ...   25

YUNESKO-nun “İnformasiya hamı üçün” (İFAP) Proqramının Azərbaycan komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” üzrə 2019-cu ilin I yarımilliyi ərzində görülmüş işlər haqqında

HESABAT



Planı S/n

Tədbirin adı

Əsas icraçı

İcraçılar

İcra müddəti

Görülmüş işlər

Qeyd




  1. İnformasiyaya çıxış




1.1.

İnternet informasiya resurslarından fiziki imkanları məhdud olan şəxslərin istifadə etməsi üçün imkanların yaradılması


NRYTN


ƏƏSMN, AMEA,

VXSİDA,


Əqli Mülkiyyət Agentliyi

2019-2021



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) Tətbiqi və Tədrisi Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu birgə təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Hamı üçün İKT” sosial layihə həyata keçirilmişdir. Layihənin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslər, şəhid ailələrinin üzvləri və aztəminatlı ailələr üçün İKT həlləri üzrə tam ödənişsiz təlimlərin təşkili olmuşdur.

Layihə dörd moduldan ibarət olmuşdur. Təlim Bakı şəhərində İKT-nin Tətbiqi və Tədrisi Mərkəzində və həmçinin onlayn formada Gəncə, Lənkəran, İmişli, Şirvan, Mingəçevir, Şəki, Göyçay, Qəbələ, Bərdə, Şamaxı rayonlarının regional mərkəzlərində video-konfrans vasitəsilə keçirilmişdir.



Layihənin dördüncü modulu 12.02.2019 tarixində keçirilmişdir.
- Heydər Əliyev Fondunun təşəbbüsü ilə NRYTN-in Məlumat Hesablama Mərkəzi tərəfindən görmə qabiliyyəti məhdud insanlar üçün “Danışan kitabxana” yaradılmışdır. Kitabxanada 286 peşəkar səviyyədə səsləndirilmiş kitab yerləşdirilmişdir. Kitabxana vasitəsilə 8 janrda –şifahi, müasir, xarici, poeziya, tarixi, dini, uşaq və klassik ədəbiyyatı dinləmək mümkündür. Həmçinin, kitabxanaya avtomatik rejimdə işləyən (1541) xüsusi telefon xidməti vasitəsi ilə 24 saat ərzində müraciət etmək olar. Müraciət edən istifadəçi istənilən vaxt dinləməni dayandıra və bir müddət sonra dayandırılmış hissədən dinləməyə davam edə bilər. Hazırda istifadəçi sayı 5000-ə çatmışdır;
- Heydər Əliyev Fondu ilə NRYTN tərəfindən məhdud fiziki imkanlı şəxslərin İKT-dən istifadəsini artırmaq məqsədilə Bakı, Naxçıvan, Gəncə, Yevlax və Qubada yaradılan Regional İnformasiya mərkəzləri öz fəaliyyətini davam etdirir;
- NRYTN-in “Dilmanc” layihəsi çərçivəsində mətnlərin səsləndirilməsi üzrə proqram və şrift böyüdücüsü işlənərək saytlara inteqrasiya olunmuşdur;
- Sağlamlıq imkanları məhdud uşaqlar üçün 260 nəfər gözdən əlil və görmə məhdudiyyəti olan şagirdin təhsil aldığı 5 nömrəli Respublika xüsusi internat məktəbində İnnovasiya Agentliyində istehsal olunmuş Braille Teach cihazın təqdimatı keçirilmiş və ilk istehsaldan 10 ədəd cihaz hədiyyə edilmişdir.
- Cari ilin 28 – 30 iyun tarixlərində Azərbaycanda ilk dəfə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Ölkə üzrə Nümayəndəliyi tərəfindən UNLIMITED adlı Hakaton təşkil olunmuşdur. Hakaton yüzə qədər insanı paytaxt Bakıda bir araya gətirərək onlara əlilliyi olan müxtəlif bacarıqlara malik insanlara dəstək göstərmək üçün innovativ yeniliklər yaratmaqda kömək etmişdir. Əlilliyi olan insanların həyat və rifahını yaxşılaşdıracaq mobil tədbiqlər, elektron məhsullar, müxtəlif texnoloji və innovativ yeniliklər icad etmək həvəsində olan insanlar Hakatona qoşulmuşdur.
- NRYTN-in İnnovasiyalar Agentliyində cari ilin sentyabr ayından etibarən əlil və şəhid ailələrin övladlarına Mars Academy - robotiks və proqramlaşdırma kursların keçirilməsi nəzərdə tutulur. Mars Academy 5-15 və 8-11 yaşlı uşaqlar üçün STEAM (Science, Technology, Engineering, Art and Math) üzrə təhsil proqramları təşkil edəcək. Mars Academy 4 istiqamətdə – Robotiks, Proqramlaşdırma, Mühəndislik və Rəqəmsal İncəsənət – gələcəyin peşəkarları üçün ən qabaqcıl texnologiyalardan istifadə etməklə məşğələlər keçirəcək.


Yüklə 94,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin