Təhsil Nazirliyi tərəfindən 2011-ci ildən etibarən distant təhsilin inkişaf etdirilməsi və xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə
cəlb olunması ilə əlaqədar müvafiq layihə icra olunur.
Təhsil müəssisəsində qeydiyyatda olan, fiziki
məhdudiyyətləri səbəbindən evdə təhsil alan və
sağlamlıq cəhətdən distant təhsil alması mümkün olan şagirdlər könüllülük əsasında və valideynlərinin razılığı ilə distant təhsil prosesinə cəlb olunurlar.
Layihə çərçivəsində bugünədək Bakı şəhəri, Gəncə
şəhəri, Qazax, Samux, Tovuz, İsmayıllı, Ağdam,
Ağstafa, Şəmkir rayonlarından ümumilikdə 210 nəfər
fiziki məhdudiyyətləri olan şagird və 40 nəfər müəllim
layihəyə cəlb olunmuşdur. Onlar müvafiq İKT avadanlığı,proqram təminatları və Azərbaycan Təhsil
Şəbəkəsinə çıxış ilə təmin olunmuşlar. Distant təhsilin
icrasını təmin etmək məqsədilə İKT avadanlıqlarından
və xüsusi qurğulardan istifadəyə dair müəllim, şagird
və valideynlər üçün təlimlər keçirilmişdir.
Hazırda layihənin genişləndirilməsi və daha çox fiziki məhdudiyyətləri olan uşaqların layihəyə cəlb olunması nəzərdə tutulur.
|