görülmüş işlər: 1 aprel - 25 may 2019-cu il tarixlərində sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclərin məşğulluq imkanlarının artırılması məqsədilə 140 nəfər gənc üçün kompüter kursu təşkil edilmişdir.
2019-cu ilin oktyabr-dekabr aylarında Ağdam və Zəngilan rayonlarından olan məcburi köçkün gənclərin məşğulluq imkanlarının artırılması məqsədilə kompüter kurslarının keçirilməsi nəzərdə tutulmuşdur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən görülmüş işlər: - 23 yanvar 2019-cu il tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, NRYTN və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) tərəfindən Şamaxıda gənclər üçün “Praktiki mühəndislik və liderlik” təlimləri keçirilmişdir.
- 4 iyun 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində NRYTN, Gənclər və İdman və Təhsil Nazirlikləri, Heydər Əliyev Mərkəzi, AREA-nın (Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası) təşkilatçılığı ilə "İnnoFest" çərçivəsində Azərbaycanda III Robot Olimpiadası keçirilmişdir. 8-19 yaşlı yeniyetmə və gənclərin iştirak etdikləri olimpiadada 20 təhsil müəssisəsindən 54 komanda yarışmışdır. Olimpiadanın yekununda 4 kateqoriya üzrə ilk üç yeri tutan komandalar diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar,