Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən görülmüş işlər: 2019-cu ilin ilk 6 ayı ərzində Bərdə, Mingəçevir, Sabirabad, Şəki və Gəncə şəhərlərində informasiya-kommunikasiya texnologiyaları sahəsində region gəncləriüçün bir sıra təlim və proqramlar həyata keçirilmişdir.
- 15 yanvar 2019-cu il tarixində Bərdə şəhərində "Vikipediya Gününün Yaranması" ilə əlaqədar olaraq 20 nəfər gəncə maarifləndirici təlim keçirilmişdir.
- 05.04.2019 tarixində 10 nəfər gəncin iştirakı ilə Bərdə şəhərində kompüter kursu təşkil olunmuşdur.
- 17 may 2019-cu il tarixində Bərdə şəhərində internetin yaranma tarixi, internetdən təhlukəsiz istifadə qaydaları və internetin gənclərin həyatında rolu mövzusunda təlim təşkil edilmişdir. Təlimdə 20 nəfər iştirak etmişdir.
- 21.05.2019 tarixində 12 nəfər gənc üçün Bərdə şəhərində kompüter kursu təşkil olunmuşdur.
- 06.02.2019 tarixində Gəncə şəhərində “Beynəlxalq təhlükəsiz internet günü” münasibəti ilə təlim keçirilmişdir.Təlimin əsas məqsədi təhlükəsiz interneti təbliğ etmək,xüsusən gəncləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, dünyada uşaq və yeniyetmələr arasında onlayn-texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etmək olmuşdur. Təlimdə 19 nəfər region gənci iştirak etmişdir.
- 25.01.2019 tarixində Mingəçevir şəhərində 9 nəfər gəncə Elektron hökümətin inkişafı mövzusunda təqdimat keçirilmişdir.
- 11.04.2019 tarixində Mingəçevir şəhərində 11 nəfər gəncə Elektron Hökumət Portalı haqqında təqdimat keçirilmişdir.
- 04.02.2019 tarixində Şəki şəhərində 6 nəfər gənc üçün “Google Sketchup” proqramı əsasında təlim təşkil olunmuşdur.
- 19.04.2019 tarixində Şəki şəhərində 9 nəfər gənc üçün “Kompyuter kursu” təşkil olunmuşdur.
- 01.05.2019 tarixində Sabirabad şəhərində 13 nəfər gəncin iştirakı ilə “İnnovativ texnologiyaların inkişafı” mövzusunda müzakirə keçirilmişdir.
3.8.
İnternet jurnalistikası, bloqçuluq sahələrində və sosial şəbəkələrdən gənclərin səmərəli istifadəsi üçün bacarıqlarının inkişaf etdirilməsi
GİN
NRYTN
Mütəmadi
11 aprel 2019-cu il tarixində Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan təbliğat-təşviqat işlərinin səmərəliliyinin artırılması” mövzusunda Media Forum keçirilmişdir. Forumda sosial şəbəkələr və internet texnologiyaları haqqında aparıcı mütəxəssislərin təqdimatları, geniş seminar keçirilmişdir. Seminarda mədəni irs, elm, incəsənət, ədəbiyyat, media, təhsil, idman, turizm, yeni innovasiyalar, sosial təbliğat mövzuları müzakirə olunmuşdur.
2019-cu ilin II yarımilində gənc jurnalistlər, bloger, aktiv sosial şəbəkə istifadəçiləri üçün “Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq təlim proqramı keçirilməsi nəzərdə tutulmuşdur.