Yunesko-nun “İnformasiya hamı üçün” (İfap) Proqramının Azərbaycan komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” üzrə 2019-cu ilin I yarımilliyi ərzində görülmüş işlər haqqında hesabat



Yüklə 94,26 Kb.
səhifə3/25
tarix01.01.2022
ölçüsü94,26 Kb.
#103803
1   2   3   4   5   6   7   8   9   ...   25
Təhsil Nazirliyinin portallarında (www.e-derslik.edu.az, www.e-resurs.edu.az, www.video.edu.az, www.tehsilim.edu.az) yerləşdirilir. Hazırda video dərslər portalında 860 ədəd video dərs, elektron dərslik portalında 255 ədəd dərslik yerləşdirilmişdir.





1.3.

İctimai Wi-fi zonalarının yaradılması


NRYTN





2019-2021

NRYTN-in “Bakı Telefon Rabitəsi” MMC tərəfindən həyata keçirilən və Bakı şəhərinin ictimai yerlərində ödənişsiz internet xidmətinin göstərilməsinə yönəlmiş “İctimai Wi-Fi” layihəsi çərçivəsində Bakı şəhəri üzrə 17 zonada ictimai internet şəbəkəsi qurularaq istifadəyə verilmişdir. Layihənin davam etdirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.





1.4.

İKT-də qadınlar layihəsinin həyata keçirilməsi


NRYTN

AQUPDK, TN

Hər il

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfindən keçirilən tədbirlər:

- 21 aprel 2019-cu il tarixində NRYTN, TN, Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES”, “STEP IT Academy”, “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin təşkilati dəstəyi ilə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “İKT-də qızlar” gününə həsr olunmuş 8-10-cu siniflərdə təhsil alan şagird qızlar üçün IV Regional Konfrans təşkil olunmuşdur. 70-dək məktəbli qızın iştirakı ilə baş tutan tədbirdə qızlara informasiya texnologiyalarının əhəmiyyəti, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanları barədə məlumatlar verilmiş, innovativ ideyalar üzrə startap layihələrinin formalaşdırılmasına dair təlim keçirilmişdir;


- 25 aprel 2019-cu il tarixində Bakıda NRYTN, “AREA” Robotexnika və Mühəndislik Akademiyası və “Chip.az” MMC-nin təşkilatçılığı ilə informasiya texnologiyaları ixtisası üzrə təhsil alan tələbə qızlar üçün “İKT-də xanımlar: imkanlar və perspektivlər” mövzusunda təlim keçirilmişdir. Təlimdə İT sahəsində müasir trendlər, sosial şəbəkələrdə biznes, qızlar üçün İKT-də karyera yolu, robototexnika sahəsində iş imkanları, Azərbaycanda robototexnikanın inkişaf perspektivləri haqqında ətraflı məlumat verilmişdir;
- 2019-cu ildən UNESCO-nun maliyyə dəstəyi və NRYTN-in İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmli Qızlar (“Digital Girls”) – Milli Təlim Proqramı” adlı sosial layihəsinə start verilmişdir.

Layihənin məqsədi gender arası rəqəmli fərqliliyinin azaldılması, qadınların rəqəmli bacarıqlarının inkişafı və ölkəmizdə qadınların şəxsi inkişafının dəstəklənməsidir. Layihə çərçivəsində ümumilikdə 300 xanıma rəqəmli biliklər üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.




Yüklə 94,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin