Mədəniyyət Nazirliyi tərəfindən görülmüş işlər Milli Kitabxananın Elektron Kitabxanasının saytındakı “Audio kitablar” bölməsində xüsusi kateqoriyalı istifadəçilər üçün müxtəlif audio kitablar toplanmışdır. Hər hansı bir audio kitabı görmə qabiliyyəti məhdud olan istifadəçi kitabxanaya gəlmədən dinləyə bilər. 2019-cu ilin birinci yarısında audio kitab fondunu zənginləşdirmək məqsədi ilə bölməyə klassik və müasir Azərbaycan yazıçılarının əsərləri ilə yanaşı dünya klassiklərinin Azərbaycan dilinə tərcümə olunmuş əsərləri də yerləşdirimişdir. Milli Kitabxananın əməkdaşları bu istiqamətdə işi istifadəçilərin sorğusu əsasında davam etdirir. Gələcəkdə digər dillərdə də yeni səsli kitabların Elektron kitabxananın “Audio kitablar” bölməsinə əlavə olunması təmin olunması nəzərdə tutulmuşdur;
2014-cü ildən F. Köçərli adına Respublika Uşaq Kitabxanasında görmə qabiliyyəti zəif və məhdud uşaqlar üçün informasiya mərkəzi yaradılmışdır. Mərkəzin əsas məqsədi görmə qüsurlu uşaqların internet şəbəkəsinə sərbəst çıxışını təmin etməkdir. Mərkəzdən istifadə edən gözdən əlil uşaqlar səsli proqram vasitəsilə lazım olan ədəbiyyatı oxuya bilirlər. Kompüterdə proqram təminatı və bütün əmrlər Azərbaycan dilindədir. Respublika Uşaq Kitabxanasının Audio kitab fondunda 4397 sayda elektron resurslar toplanmışdır. Qeyd edək ki, 2019-cu ildən kitabxana ”Bərpanəşr” layihəsi çərçivəsində nəşr olunan kitabların əsasında 18 adda nağıl və hekayələri mp4 səsli və jest dili formatında hazırlamışdır. 2021-ci ilə qədər “Bərpanəşr” layihəsi çərçivəsində nəşr olunan daha 57 adda kitabın qeyd olunan formatda çap olunması nəzərdə tutulmuşdur. Bundan başqa Respublika Uşaq Kitabxanasının clb.az saytında 22 CD nağılları, 180 səsli nağıllar artıq yerləşdirilmişdir.