5.2.
|
Online mühitdə vətəndaşların hüquqlarının qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi
|
NRYTN
|
QHT-ın iştirakı ilə
|
2019-2021
|
Online mühitdə vətəndaşların hüquqlarının qorunması ilə bağlı NRYTN-in Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir. Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3-cü bəndi ilə müəyyənləşən yayılması qadağan edilən informasiyaların internet informasiya ehtiyatlarında yayılmasının qarşısının alınması məqsədilə adıçəkilən Qanunun 13-3-cü maddəsinin bəndlərinə uyğun tədbirlər həyata keçirilir.
Həmçinin sosial şəbəkə istifadəçilərinin adlarına açılan saxta hesabların silinməsi, ələ keçirilən sosial şəbəkə hesablarının geri qaytarılması istiqamətində mütəmadi olaraq iş aparılır. O cümlədən, istifadəçilərin elektron vasitələrdən istifadə zamanı qarşılaşdıqları botlar, DoS və DdoS hücumlar, fişinq hücumlar, ziyanvericilərlə yoluxma halları və yoluxmuş IP-lərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilmişdir.
|
|