Yunis Nəcəf oğlu Qəhrəmanlı «Neft və neft məhsullarının selektiv sorbsiyası üçün köpüklənmiş polimer super sorbentlərinin yeni tiplərinin alınması və tədqiqi»



Yüklə 11,16 Kb.
tarix10.01.2022
ölçüsü11,16 Kb.
#102119
növüXülasə

Yunis Nəcəf oğlu Qəhrəmanlı

«Neft və neft məhsullarının selektiv sorbsiyası üçün köpüklənmiş

polimer super sorbentlərinin yeni tiplərinin alınması və tədqiqi»
XÜLASƏ
Dissertasiya işində əvvəlcədən təyin olunmuş makroquruluşa malik köpüklənmiş polimer sorbentlər işlənib hazırlanmış onların sorbsiya xassələri kompleks şəkildə öyrənilmiş, neft və neft məhsulları üzrə super sorbentlərin alınmasının yeni və perspektiv imkanları aşkar edilmişdir. Yüksəkeffektivli köpüklənmiş polimer sorbentlərinin alınması üçün nəinki fərdi polimerlər, həm də uyğunlaşmayan polimerlər əsasında müxtəlif tip polimer qarışıqları istifadə edilmişdir. Istifadə olunan qarışıqlar poliolefin (PO) və stirol polimerləri, və həm də poliamid (PA) və stirol polimerləri əsasında alınmışdır. Qeyd olunan polimer qarışıqlarının texnoloji səviyyədə uyğunlaşmasını təmin etmək və mexaniki xassələrini yaxşılaşdırmaq üçün kompatibilizatordan istifadə edilmişdir. Müəyyən edilmişdir ki, modifikasiya olunmuş polimer kompozisiyalar kifayət qədər yüksək fiziki-mexaniki xassələrə malikdirlər. Fərdi polimerlər və onların qarışıqları əsasında alınmış köpüklənmiş polimer materiallarının həcm kütləsi, makroquruluş və mexaniki xassələrinə ekstruziya və təzyiq altında tökmənin texnoloji rejiminin təsiri tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, köpüklənmiş polimer sorbentlər üzərində gedən neft və neft məhsullarının sorbsiyası prosesi yüksək seçiciliyə malikdir. Sorbsiya prosesinin yüksək effektivliyi neft və mazut üzrə həcm kütləsi 20-80kq/m3 olan sorbentlərdə, neft yağları (kompressor, transformator və industrial yağları) üzrə həcm kütləsi 250-350kq/m3 olan sorbentlərdə, avtomobil benzini Aİ-92 və dizel yanacağı üzrə həcm kütləsi 400-550kq/m3 olan sorbentlərdə əldə edilir. Köpüklənmiş polimer sorbentlərinin təsnifatı və onların seçim meyarları işlənib hazırlanmış, neft və neft məhsullarının qəza daşmalarının lokallaşdırılması və aradan qaldırılması məsələlərinin operativ həlli yollarının texnoloji xüsusiyyətləri araşdırılmışdır. Qəza daşmalarının miqyasının qiymətləndirilməsi, dinamik neft tutumu və sorbentlərin istifadə edilmə effektivliyi əmsallarının hesablanması, neft və neft məhsullarının selektiv sorbsiyasının aparılmasına tələb olunan sorbentlərin lazımi miqdarının müəyyən edilməsi üçün metodoloji prinsip və alqoritmlər işlənib hazırlanmışdır.
Yüklə 11,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin