Zabrat qəsəbəsi — Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir, sahəsi 20 km²-dir. Toponim



Yüklə 387,61 Kb.
səhifə2/4
tarix13.12.2023
ölçüsü387,61 Kb.
#140101
1   2   3   4
Zabrat qəsəbəsi

Coğrafiyası və iqlimi:
Zabrat - Maştağa, Ramana,Sabunçu, Balaxanı, Məhəmmədi, Kürdəxanı qəsəbələrinin əhatəsindədir. Zabrat qəsəbəsi Bakı şəhəri Sabunçu rayonu ərazisinə daxildir. 1806-1918-ci illərdə Zabrat kəndi Bakı quberniyası (1958-ci ilə qədər Şamaxı quberniyası) Bakı qəzası, Maştağa sahəsi adlanan inzibati bölgüyə aid edilirdi. Hazırda Zabrat qəsəbəsinə köhnə Zabrat kəndi, I Zabrat, Kaspiysk (Qəspişkə) Muxtarov və İstixana adlanan yaşayış yerləri aiddir. Zabrat torpaqları dəniz kənarı-Ləhiş bağlarından başlamışdır, yəni kəndin birbaşa dənizə çıxışı olmuşdur.
İqlim şəraitinin formalaşmasına relyef və səth örtüyü ilə yanaşı Xəzər dənizi və hava kütlələri də təsir edir. Region günəşli saatların və günlərin miqdarına görə fərqlənir. Regionda yağıntının payıanması Bakının cənub -qərbində 130-150 mm,şəhərdə və yarımadanın cənubunda 200 mm, şimala doğru artaraq 300 mm, Xızı dağlarında isə 300-500 mm-dək düşür. Yağıntının daha çox düşdüyü aylar ilin soyuq mövsümündə xüsusilə noyabr, oktyabr aylarında olur.
Tarixi abidələr:

  • XIX əsr Hacı Tağı Məscidi - məscid Bakının Zabrat kəndində yerləşib. XIX əsrdə inşa edilib. İç sahəsi 12x15,5 metrdir. Zabrat kənd məscidi yonulmuş mişar daşından tikilib. Həyətyanı sahəsi daş plitələrlə döşənib. Divarların qalınlığı 1 metrdir. Məscidin döşəməsi də daş plitədəndir. Əsas ibadət zalında baş pəncərə qoyulub. Mehrab yonulmuş daşlarla işlənib və mərkəz hissədə yerləşib. Minbər səkkizpilləlidir və taxtadan düzəldilib. Məscidin qadınlar şöbəsi kişilər şöbəsindən taxta hasarla ayrılıb. Tavan dörd sütun üzərində dayanıb. Sütunlar on iki tağla bir-birinə birləşib. Döşəmədən tavanadək hündürlüyü 7 metr, döşəmədən günbəzədək isə 11 metrdir. Günbəzin diametri 4,5 metrdir və onda səkkiz pəncərə qoyulub. Məscidin bir neçə yerində kitabə həkk olunub. Kitabələrin biri məscidin tarixi haqqında məlumat verir. Bu məscid yerli kənd sakini Hacı Tağı tərəfindən tikilib. Sovetlər dövründə bura anbar, fabrik, əmanət kassası və başqa məqsədlərlə istifadə olunub. 1990-cı illərdə onun fəaliyyəti bərpa olunub, habelə təmir edilərək abad vəziyyətə salınıb.


  • Yüklə 387,61 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin