Zabrat qəsəbəsi — Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir, sahəsi 20 km²-dir. Toponim



Yüklə 387,61 Kb.
səhifə3/4
tarix13.12.2023
ölçüsü387,61 Kb.
#140101
1   2   3   4
Zabrat qəsəbəsi

Balaca Məscid - Zabratın yaşı ilə bir olan Balaca məscid. Yerlilərin buna Balaca məscid adı qoymağının səbəbi var. Belə ki, Zabratda iki məscid var, sakinlər də onları bir-birindən asan seçib ayırmaq üçün belə bölgü aparıblar. Bu məscidin isə altı əsrdən çox yaşının olduğu bildirilir. Kəndin nüfuzlu ağsaqqallarından olan Hacı Kənan deyir ki, məsciddə son dəfə aparılan təmir işlərinin tarixi dörd əsr bundan əvvələ gedib çıxır. Böyük Bətən Müharibəsində həlak olanlara xatirə abidəsi

  • Qarabağ şəhidlərinin xatirə kompleksi

    Əhali: 
    01.01.2018-ci il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə qeydiyyatda olan əhalinin sayı 29.300 nəfərdir. Zabrat əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. 1735-ci ildə Nadir şah Zabrat və bir neçə kəndi Aşur xan Əfşara bağışlayır, o da əfşar tayfasından xeyli nəsilləri bura köçürür, Mehdixanlılar, Soduqlular, Növbətlilər, Kəblə Rəşidilər, Xalxali nəsilləri bu tayfadan olmuşlar. Kəndin əhali sayı 1842-ci ildə 151 nəfər idi və Bakı kəndləri arasında əhali sayına görə axrıncı yerlərdə olsada, sonrakı illərdə əhali sayı daha sürətlə artmış, 1886-cı ildə 779, 1904-ci ildə 942, 1913-cü ildə 4461 nəfər idi. 1913-cü ildə Bakı kəndləri arasında mədən-zavod rayonu ərazisinə aid olan kəndlərdən biri olub, əhali sayına görə 7-ci yerdə idi. XIX əsrin sonunda kənddə neft hasilatı ilə bağlı fəhlə qəsəbələri Kaspiysk, Muxtarov, Həmşəhərlilər məhəlləsi və XX əsrin əvvəli alman muhacirlərinin saldığı Varovski məskənləri yaranmışdı (1941-ci ildə almanlar Qazaxstana sürgün edilir). 1926-cı ildə əhali sayı 7405 və 1939-cu ildə 2225 nəfər olmuşdur. 1920-ci illərdə əhalinin sürətli artımı, 1930-cu illərdə azalması prosesi baş vermişdir. 1936-cı ildə Zabrat kəndinə qəsəbə statusu verildi. Əhali sayı 1959-cu ildə 18,3 min, 1970-ci ildə 16,5 min, 1989-cu ildə 15,6 min, 1999-cu ildə 20,8 min, 2009-cu ildə min və 2017-ci ildə 29,1 min nəfər olmuşdur.


    Yüklə 387,61 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin