Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ



Yüklə 0,86 Mb.
səhifə31/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   27   28   29   30   31   32   33   34   ...   49
And as I sat in this sorrow I saw how kind passed (P. C.) - Və mən belə qəmgin oturanda yaxşılığın necə keçdiyini gördüm.

In this year… the King being at Newcastle upon Tyne a wright hew on a tree… (Cgr. Cgr., 187) - Bu ildə… kral Nyukaslda Tayndə olanda fəhlənin biri ağac kəsməyə başladı.

And when the said Duke of Clarence and the Earl of Warvyke were in France, there appeared a blasing star in the Weste (V.) - Hersoq Klarsis və qraf Uorvik Fransada olanda qərbdə odlu ulduz göründü.

And while the said Earl of Warvyke was in France, the King was wedded to Elisabethe Grey, widow. (V.) - Və yad edilmiş qraf Uorik Fransada olarkən kral dul Yelizaveta Qreylə nişanlanmışdı.

2. Feili sifət qrupunun (ikili növ xarakterli feili sifət (1) ) bilavasitə əvvəlki mənası ilə sinonim olan (when bağlayıcısı ilə) ZBC. Zaman budaq cümləsinin xəbəri hisslərin leksik mənalı ikili növ feillə ifadə olunur. Məs.:

And then the queen hearing this she voyaged unto Valys (Creg. Chr., 208) - Və kraliça bunu eşidərək Yencə getdi.

The people when they heard this, they thanked God highly (Cgr. Aug., 43) - Cammat bunu eşidəndə (onlar) Allaha şükür edirdilər.

Hərəkət feilli feili sifət tərkibləri ZBC ilə bilavasitə əvvəl gələn mənasına görə sinonimlik təşkil edir, belə sinonimliyə az rast gəlirik.

3. Feili sifət kompleksinin (feili sifət II-nin hüdudlu təsirli feillər və when, after bağlayıcılarla) əvvəlki mənası ilə sinonim olan zaman budaq cümləsi. Zaman budaq cümləsinin xəbəri be feili birləşmə və feili sifət II-nin hüdudunda təsirli feillərlə ifadə olunur. Məs.:



The service done, they soupen all by day (Ch. F.. 297) - Nə vaxt hərbi xidmət qurtarsa, onda onlar günorta nahar eləyirlər// Hərbi xidmət qurtaranda onlar günorta nahar eləyirlər.

So, upon New Years Day when the service was done, the barons rode unto the field… (Maloru, 1, v, 11) - Beləliklə, yeni ildə hərbi xidmət qurtaranda baronlar sahələrə getdilər.

after the feste and the solemnity was done of that mariage… - o toy münasibətilə ziyafət və şənlikdən sonra…

Qeyd edək ki, feili sifət tərkibləri arasında sonra gələn hadisələr və zaman hüdudu (before, er, till, since bağlayıcılı zaman budaq cümləsi) vasitəsilə zamanı ifadə edən budaq cümlələrin sinonimi yoxdur.

Erkən yeni ingilis dili dövründə zaman budaq cümləsindən fərqli olaraq, feili sifət tərkiblərində əsaslı dəyişikliklər baş verir və belə tərkiblərə daha ətraflı diqqət yetirilir. Zaman və səbəb zərflikləri funksiyasında feili sifət tərkibləri struktur, morfoloji və leksik baxımdan zənginləşir. Əgər son orta ingilis dövründə feili sifət being bağlayıcısına əsasən zaman zərfliyi funksiyasında feili sifət tərkibinə daxil idisə, erkən- yeni ingilis dövründə o həm zaman, həm də səbəb zərfliyinə daxil oldu. Being birləşməli feili sifətlər struktur və lekik baxımdan müxtəlifdir və şəxsli formada be feilinin müxtəlif birləşmələrinə uyğundur. Bu dövrdə məhz feili sifət tərkibləri öz tərkib hissəsinə perfekt feili sifətləri daxil edə bilir. Perfekt feili sifət tərkiblərinə ingilis dilində XV yüzilliyə aid olan mənbələrdə rast gəlmək olur, lakin həmin tərkiblərin meydana çıxması tədqiq edilən konstruksiyaların sinonimik vəziyyətinə təsir göstərə bilmir. Ancaq bu təsiri sonrakı dövrün nümunələrində görmək mümkündür. XVI yüzilliyin sonunda adətən when və ya because bağlayıcılı feili sifət tərkiblərinə aid nümunələr meydana çıxır. XVII yüzilliyin sonu üçün bağlayıcılı feili sifət tərkiblərindən daha geniş istifadə olunur. Bu, əsasən, o halda işlədilir ki, zərflik funksiyası və əlaqə növü (zaman, səbəb) bağlayıcısız aydın başa düşülmür. Bağlayıcılı feili sifət tərkibləri şəxssizdir (subyektsizdir).

Tədqiqat göstərir ki, ingilis dilinin müəyyən dövrlərində feili sifət tərkibləri zaman zərfliyi funksiyasında işlənərkən bir-biri ilə leksik tərkiblərinə görə fərqlənir. Orta ingilis dövründə də qeydə alınmış qanunauyğunluqlar fəaliyyətini davam etdirir Zamanın ifadə edilməsində iştirak edən feillərin sayı xeyli genişlənir.

Being feili sifət birləşmələrinin leksik tərkibi səciyyəvidir. Feili sifətlər zaman zərfliyi funksiyasında zaman bildirən sözlərlə being birləşməsini öz tərkibinə daxil edir. Bütün birləşmə zamanın göstəricisi kimi çıxış edir. Məs.: Camilla desired that being in Athens, he would not forget his friendes in England… (Lilie, 179) - Kamilla arzu edirdi ki, o, Afinada olduqda İngiltərədəki dostlarını yaddan çıxarmayacaq; The great Alexander being as ide excelled all his companions in reining (Elyot, 1, XVII, 74) - Böyük İskəndər uşaq olarkən öz dostlarından üstün idi.

Zaman feili sifət tərkiblərinin arasındakı fərqi asılı sözlərin leksik tərkibində görmək olar. Belə ki, ötən dövrlərdə olduğu kimi, feili sifət tərkibi zaman funksiyasında yer və istiqamət tərflikləri və əvvəlki ilə əlaqəyə göstərən (so, thus və s.) tərzi-hərəkət zərfliyi xasdır.

Erkən yeni ingilis dili dövründə feili sifət tərkiblərinin istifadə sahələri genişlənir və feili sifət tərkibinin zaman zərfliyi funksiyasında cümlələr arasındakı daxili əlaqə xarakterində müxtəlifliyi aşkar edilir. Burada zaman budaq cümləsində özünü göstərən qanunauyğunluqlar müşahidə olunur. Zaman funksiyalı feili sifət tərkibli cümlələrdə feili sifət tərkibində şərh edilmiş hadisələr və cümlənin izah edilən hissəsi arasında zamanın biri-birinə təsiri mövcuddur. Ona görə də feili sifətlə ifadə olunmuş hərəkət danışıq vaxtı ilə deyil, nitq anı ilə, adətən, üst-üstə düşməyən əsas feilin hərəkəti ilə uyğun gəlir. Feili sifətlə ifadə olunmuş hərəkət əsas feilin hərəkəti baxımından sinxron və əvvəldən gələn ola bilər.

Bağlayıcısız feili sifət tərkibli cümlələrdə zaman əlaqəsinin xarakteri kontekstlə yaranır. Bu həmçinin eyni bağlayıcılarla daxil edilən zaman budaq cümləsində müşahidə edilir.

Erkən yeni ingilis dövründə zaman budaq cümləsinin müvafiq feili sifət tərkibləri ilə sinonimliyinin inkişafı baş verir. Feili sifət tərkiblərinin və zaman budaq cümləsinin qrammatik birliyi (perfekt və passiv forması, be feili ilə struktur birləşməsi, asılı hissələrlə bağlayıcı əlaqənin genişlənməsi) inkişaf edir.

Feili sifət tərkiblərinin və zaman budaq cümlələrinin funksional ümumiliyi inkişaf edir. Bağlayıcı əlaqə və feili sifət tərkiblərinin cümlədəki yeri, əvvəlki dövrlərdən fərqli olaraq, feili sifət tərkibinin zərflik funksiyasını atributiv funksiyadan daha aydın ayırmaq imkanını verir. Feili sifət tərkiblərinin və zaman budaq cümlələrinin ümumi funksiyasını onların ingilis ədəbi dilində paralel istifadə olunması təsdiq edir. Məsələn:


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin