Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ



Yüklə 0,86 Mb.
səhifə33/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   29   30   31   32   33   34   35   36   ...   49
When she had read, she thanked Almightie God (Riche, 121) - O, oxumağa hazır olduqda qüdrətli Allaha dua etdi.

Having stayed here two or three days, I obtained leave of my Lord to return (Evel, 12).

After I had stayed two or three days…, I sent my interpreter to sir Qord Boris (Em. Qet. 170) - İki, üç gün qaldıqdan sonra mən tərcüməçini Boris ağanın yanına göndərdim.

1. When bağlayıcılı feili sifət tərkibi və feili sifət II, xəbəri be feili birləşməsi və feili sifət II tərkibləri when bağlayıcılı zaman budaq cümləsi ilə məna cəhətdən birləşir. Bütün zaman budaq cümlələri eynizamanda baş verən hadisələr vasitəsilə ifadə olunur. Məsələn:



And if they are mute when dealt with by vessels of clay, what will they do when they be rebuked by the flames of a devouring fire (Bunyan, 102).

Beləliklə, ingilis dilinin materialları göstərir ki, tədqiq edilən cümlə tiplərinin sinonimlik imkanları genişdir, amma bu imkanın genişlənməsinə, inkişafına mane olan amillər də vardır. Leksik, qrammatik və üslubi amillər də feili sifət tərkibləri ilə zaman budaq cümləsinin bəzi hallarda sinonim variantlarının meydana gəlməsinə və istifadə olunmasını maneə törədir.

Zaman budaq cümləsi çərçivəsində feili tərkiblərin ümumi məna imkanlarının çevikliyi, ümumi funksionallığı göstərir ki, ingilis dilində XIV- XVII yüzilliklər ərzində tədqiq edilən konstruksiyaların sinonimliyi feili sifət tərkiblərinin leksik və qrammatik dəyişikliyə məruz qaldığını göstərir.

Qeyd edilən dövrün əvvəllərində zaman budaq cümləsi ilə feili sifət tərkiblərinin sinonimliyi leksik-struktur növlər daxilində birləşir. Dövrün sonuna yaxın sinonimik cəhətdən zaman budaq cümləsi ilə feili sifət tərkiblərində eynizamanlılıq və öncəgəlmə hadisələri bir məna ətrafında birləşir. Yəni zaman budaq cümləsinin ifadə etdiyi məna müvafiq feili sifət tərkiblərinin əsas leksik-struktur növləri ilə birləşir. Beləliklə, müasir ingilis dilinə xas olan sintaktik sinonimlik yaranır.

Feili sifətin zərflik funksiyasını yerinə yetirməsi inkişaf edir, bu sintaktik sinonimliyin inkişafına səbəb olur. Zaman budaq cümləsi və feili sifət tərkiblərinin əmələ gətirdiyi sinonim cərgə, öz növbəsində, feili sifətin zərflik funksiyasını icra etməsinin inkişafına təkan verir. Həmin dil prosesləri qarşılıqlı olaraq şərtlənir.

Sinonimliyin inkişafı budaq cümlələrin feili sifət tərkibləri ilə əvəz olunması istiqamətində getmir: feili sifət tərkibi, xüsusilə orta ingilis dövründə, tabesizlik konstruksiyaları, ilk növbədə həmçins xəbər qrupunu sıxışdırıb aradan çıxarır. Feili sifət tərkibi zaman budaq cümləsi və izahedici cümlənin tərkib hissəsi ilə bağlı olan müvafiq leksik tərkiblə bərabər tabelilik əlaqəsinin ifadə vasitəsinə çevrilir və zaman əlaqəsini ifadə etmək rolunu oynayır.

Tədqiq edilən dövr boyu öyrənilən sinonimik hadisənin xarakteri saxlanılır, bu leksik cəhətdən şərtlənmiş sintaktik sinonimlikdir.

Zaman budaq cümləsi ilə feili tərkiblər arasında olan sintaktik sinonimliyin mahiyyəti haqqında N.Abdullayeva yazır: “Zaman budaq cümləsi baş cümlədəki hərəkəti xarakterizə edir. Hərəkətin icra zamanına həmçinin bir sıra feili tərkiblər də işarə edir ki, onları heç də təsadüfi olmayaraq uzun müddət zaman budaq cümlələri ilə eyniləşdirmişlər. Lakin, bu sintaktik kateqoriyaların arasında şübhəsiz yaxınlıq olsa da, aralarında müəyyən struktur və semantik fərqlər də yox deyildir. Bütün bunlar göstərilən kateqoriyaların sinonimliyi haqqında danışmağa imkan verir” [59, s. 28].

Azərbaycan dilində zaman budaq cümləsini digər sintaktik konstruksiyalarla sinonimlik vəziyyətinə gətirən bağlayıcı, bağlayıcı sözlər və şəkilçiləri aşağıdakı kimi göstərmək olar.

1. O gün ki bağlayıcı sözü ... -dığı4 şəkilçisi:



O gün ki sən al bayraqlı bir səhərdən ilham aldın, yarandım mən (S. Vurğun) – Sən al bayraqlı bir səhərdən ilham aldığın gün mən yarandım.

2. – mı2 şəkilçisi – an2 feili sifət şəkilçisi - kimi qoşması:




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin