Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti. Tədqiqatın nəzəri əhəmiyyəti qarşılaşdırılan dillərdə zaman budaq cümləli tabeli mürəkkəb cümlələrin nominativ xüsusiyyətlərinin və onların formal təşkilinin, əmələ gəlməsinin ümumi prinsip və qaydalarının kompleks təsviri və təhlili ilə müəyyən edilir ki, bu da müxtəlifsistemli dillərin tədqiqi və tədrisi işinin təkmilləşdirilməsinə xidmət edir. İşin nəzəri əhəmiyyəti bir də onunla müəyyən etmək olar ki, digər türk dillərində zaman budaq cümləli tabeli mürəkkəb cümlələrin tədqiqində bu araşdırmadan əldə edilmiş nəticələrdən, tədqiqat metodikasından istifadə etmək olar.
Tədqiqatın materialları və əldə edilmiş nəticələrdən istər ingilis, istərsə də Azərbaycan dillərinin qrammatikalarının hazırlanmasında və ya təkmilləşdirilməsində, o cümlədən ingilis və Azərbaycan dillərinin müqayisəli sintaksisi üzrə dərslik, dərs vəsaitlərinin hazırlanmasında və yazılmasında, ali məktəblərin filoloji istiqamətli fakültələrində müqayisəli sintaksis, müqayisəli qrammatika üzrə kursların tədrisində, xarici dillərin tədrisi prosesində istifadə edilə bilər.
Tədqiqatın aprobasiyası və tətbiqi: Tədqiqatın əsas məzmunu və nəticələri barədə müxtəlif toplularda məqalə çap edilmiş, elmi konfranslarda mövzu ilə bağlı məruzələr edilmişdir.
Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı: Dissertasiya Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri və tətbiqi dilçilik şöbəsində yerinə yetirilmişdir.
Dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi və işarə ilə ümumi həcmi. Giriş 5 səhifə, I fəsil 27 səhifə, II fəsil 56 səhifə, III fəsil 28 səhifə, Nəticə 3 səhifə, istifadə olunmuş ədəbiyyat siyahısı 15 səhifə. Ümumi həcmi 137 səhifə – 207, 823 işarə.
Dostları ilə paylaş: |