Tədqiqatın elmi yeniliyi. Dissertasiya işində ilk dəfə olaraq müqayisəli planda, tipologiya cəhətdən fərqlənən iki dilin – ingilis və Azərbaycan dilinin zaman budaq cümlələrinin mürəkkəb cümlə sistemində yeri (təsnifi, quruluşu, yaranma yolları, transformasiyası), həmin budaq cümlənin komponentlərini bağlayan vasitələr (fonetik vasitələr, intonasiya; leksik qrammatik vasitələr) əvəzliklər, ədatlar, əvəzlik-zərf xarakterli sözlər, leksik məna; struktur-semantik vasitələr (komponentlərin sırası, sintaktik quruluş, informativ bağ və s.), baş və budaq cümlələr arasında semantik münasibətlər, həmin növ cümlələrin işlənmə şəraiti və nitq prosesində fəaliyyəti, modelləşdirilmiş variantlar kompleks halda tədqiq edilərək öyrənilmiş, zaman budaq cümləsinin tipləri, sinonimlik imkanları, derivasiya modelləri arasında olan ümumi və fərqli cəhətlər müəyyənləşdirilmişdir.