Zaman: (təəccüblə)Bu yəqin ki, hansısa dostumun axmaq zarafatıdır! Bunları kimdən öyrənmisiz?
Qoca Zaman: Heç kəsdən. Mən elə sənəm. Sən mənsən. Offf... Axı necə izah edim? Gələcəkdə sən zaman maşını kəşf edəcəksən.
Zaman: (gülür) Buna inanmağım gəlir. Gözəl səslənir. Əlbəttə.
Qoca Zaman:İnan. Xahiş edirəm, inan. Muradın böyrəyi uyğun gəlməyəcək. Sənin böyrəyin uyğun gələcək və sən pula aldanacaqsan. Çox böyük səhvlər edəcəksən.
Zaman: Bəsdirin.Mən bu cəfəngiyyatları dinləməyə məcbur deyiləm.
Qoca Zaman: Sənə əlli min dollar pul verəcəklər. (qolundakı saat zəng çalır) Ay da... Vaxtım bitir. Geri dönməliyəm. Amma yenə gələcəyəm. (sürətlə qaçıb evdən çıxır)