|
Esmeralda: Belə götürəndə pis fikir deyil ki.
Zaman
|
səhifə | 31/83 | tarix | 07.01.2022 | ölçüsü | 341,27 Kb. | | #84650 |
| Esmeralda: Belə götürəndə pis fikir deyil ki.
Zaman: Necə yəni?
Esmeralda: Girək nigaha, olaq rəsmi ər-arvad. Amma mən Muradiklə yaşayım. Hökmən gərək həqiqi ər-arvad olaq? İndi nə çoxdur belə nigahlar?!
Zaman: Ya səbir! (qışqırır) Ya səbir! Murad, mən özümü yaxşı hiss eləmirəm. Bu qız nə danışır?
Esmeralda: Burda nə var e? Hər şeyi bu qədər böyütməyin.
Murad: Esmeralda! Kəs səsini!
Qapı döyülür. Üçü də təlaşla bir-birinin üzünə baxır. Murad gözlükdən çölə baxır və diskinir. Gözlərini ovxalayıb yenidən baxır.
Zaman: Nə olub? Kimdir?
Murad: Hallusinasiya görürəm, deyəsən.
Esmeralda: Yenə atamdır?
Murad: Atan bundan yaxşıdır. Bu başqa bir bəladır.
Zaman: (qapıya yaxınlaşır) Kimdir e? (gözlükdən baxır) Bir bu əskik idi! Bu hardan çıxdı yenə?
Dostları ilə paylaş: |
|
|