Zaman: Bu adam bizdən nə istəyir? Vallah-billah qatil olacağam! (hirslə qapını açır) Nə var? Niyə gəlmisən?
Qoca Zaman qəzəblə və iti addımlarla evə girir.
Murad: Dayıcan, bura sənin xaraban deyil e! Bir özünü cilovla. Yad adamın evinə belə girməzlər.
Qoca Zaman:Siz Allah bəsdirin görək. Zaman, mən sənə nə demişdim? Peşman olacaqsan deməmişdim? Demişdim. Özünü bədbəxt edəcəksən deməmişdim? Demişdim. İndi gördün? Gördün ki, dediklərim düz çıxır. İndi inanırsan mənə?
Zaman: Dayı, özüm ölüm, səni çəkməyə halım yoxdur. Çıx get burdan. Biraz özümə gəlim.
Qoca Zaman: Bax, sənə qurtuluşun yolunu deməyə gəlmişəm.
Esmeralda: Nə qurtuluş? Bu kişi kimdir e? Sən niyə insanların başını pozursan? Ümumiyyətlə, kimsən sən?
Qoca Zaman: Esmeralda, bütün bunlar elə sənin öz kələyindir də. Bilirsən ki, Murad səni alan deyil. Özünü də birinin üstünə yıxmalısan ya yox? Güya sən istəsəydin atana qarşı çıxa bilməzdin? Elə çıxardın ki. Atan səndən qorxur e! Bu sənin ürəyindəndir. Ona görə saxta nigahdan zaddan dəm vurursan ki, özünü birinə sırıyasan da.
Esmeralda: Mən səni polisə şikayət edəcəyəm! Gözlə! (telefonunu çıxarır)