Qoca Zaman: (orta barmaq göstərir) Gələ! Heç nə edə bilməzsən. Zaman, mənə qulaq as. Murad, sən də bircə dəfə adam ol! Gedin Esmeraldanın ailəsi ilə bu məsələni danışın. Deyin ki, hal-qəziyyə belədir. Siz hər şeyi bilirsiz. Onların çirkin planından xəbəriniz var. Onlar pulları geri almaq üçün sizə plan qurublar. Siz də onların pullarını qaytarın.
Murad: Sən nə danışırsan, a kişi? Deyirsən, Vahid qeyrət üstə başımı kəssin?
Qoca Zaman:Bəsdir sayıqladın. Vahid özü də yaxşı bilir nə var, nə yox. Qızı özü göndərib də sizin aranıza. Amma bir məsələ var ki, Zaman üçün göndərib, qız da gördü Zaman onun adamı deyil, səni ilişdirdi. Gedin Vahidin pulunu qaytarın. Başqa çıxış yolunuz yoxdur.
Zaman: Ay dayı, bizim dərdimiz bizə bəsdir. Bizi rahat burax.
Esmeralda: Bu kişi dəlidir. Mən polis çağırım? Hə, Muradik?
Murad: Qoy telefonu yerinə. Polis çağırırmış!?
Qoca Zaman:Bax, Zaman, dediklərim səhvdir? Yox. Niyə məni dəli yerinə qoyursan? Axı sən də özün də bilirsən ki, mən haqlıyam.
Zaman: Murad, bu kişini at bayıra. Ona ancaq sənin gücün çatır.
Qoca Zaman: Tualetdəki hadisə yadından çıxıb? Sən öləsən, sənə bir fokus göstərərəm, bu dəfə yerindəcə keçinərsən. Mənə barmağın da dəyməsin.