Dilbər: Deməli, onlardan xəbərin var? Yerlərini bilirsən?
Zaman: Hə. Bilirəm. Axtarıb tapmışam. Ana tərəfimi də axtardım. Amma Rusiyaya getdiyinizi dedilər.
Dilbər: Görürsən?! Mən də sənin kimi kələyə tuş gəlmişəm. İndi də yaş yetmişi haqlayıb. Gəldim ki, sənin haqqını sənə verim.
Zaman: Mənə sizin heç nəyiniz lazım deyil.
Murad:(təəccüblə Zaman yaxınlaşıb qulağına pıçıldayır) Gicbəsər! Necə yəni lazım deyil? Ay bədbəxt, sevin də. Esmeraldadan, Vahiddən canımız qurtuldu. Onların pulunu verib rədd edərik.
Zaman: Burax məni. Onsuz da həmişə sənin axmaq fikirlərinə uyuram.
Esmeralda: Nənəcan, Zamanın sizin pulunuza ehtiyacı yoxdur ki. Onun çoxlu pulu var.
Dilbər: Olsun. Artıq pul cib deşməz ki! Bu da onun haqqıdır. Amma kiçik bir istəyim var.