Vahid: Sevirsən! (hirslənir) Bilirəm. Möhkəm sevirsən. Amma oğul bala, evlənmədən oğlanla-qızın tez-tez görüşməyi düzgün deyil. Camaat nə deyər? Bu qızı hər gün çağırırsan evə. Mən də el-aləm içində rüsvay olmuşam.
Zaman: Mən sizin qızınızı heç yerə çağırmıram.
Dilbər: Heç narahat olmayın. Nənəsi ölməyib ki. Elə sabah elçilik olar, üzüklər taxılar. Ondan sonra rahat görüşərlər. Cavandılar. İndi hər şey dəyişib. Avropada sevgililər bir-iki qarın doğandan sonra evlənir.
Vahid: Amma bura Avropa deyil ki. Müsəlman ölkəsidir...
Zaman:(halı pisləşir) Murad, mənə kömək elə..
Murad:(Zamanın qulağına pıçıldayır) Çox az qalıb. Nənə sərvəti sənə versin, bunların hamısı düzələcək!
Zaman:(Murada şillə vurur) Rədd ol! Rədd ol burdan!
Qoca Zaman tələsik içəri girir. İti addımlara Vahidi bir kənara itələyib Zamana yaxınlaşır.
Qoca Zaman: Gördün? Axı mən sənə dedim!? Dedim ki, hər şey pis olacaq! Bircə dəfə də mənə qulaq asmadın! İndi də bəlaya düşmüsən!
Zaman: Of! Yenə sən? Niyə bitmirsiz? Məndən nə istəyirsiz?