|
|
səhifə | 53/83 | tarix | 07.01.2022 | ölçüsü | 341,27 Kb. | | #84650 |
| Murad: Nənə...!
Dilbər: Hə. (gözlərini kişiyə dikib)
Murad: Nənə...!
Dilbər: Həəə..... (gözlərini kişidən ayırmır)
Murad: Nənə, mən burdayam e. Mənə bax da, sən canın.
Dilbər: (diskinir) Hə, bala, buyur. Nə olub?
Murad: Nənə, ayağına düşmüşük, bizə kömək elə.
Dilbər: Nə olub?
Murad: Nənə bizə təcili əlli min dollar pul lazımdır.
Dilbər: Neyləyirsiz bu pulu?
Murad: Zamanın başına iş gəlib. Ancaq pulla qurtula bilər. Ona da əlli min lazımdır.
Dilbər: Bəs zamanın pulu yoxdur? Axı deyirdilər o varlıdır.
Murad: Nənə, Zaman çoxlu borcun içindədir. Yapışıblar yaxasından, ölümlə hədələyirlər.
Dilbər: Bıyy. İraq olsun. Bala, hansı dövrdür ki, adamı ölümlə hədələyələr? Qanun var, polis var.
Murad: Yox e, nənə, bunlar mafiyadır da. Lotuluq edirlər.
Dostları ilə paylaş: |
|
|