Esmeralda: E, papa, mamadır da, danışır özü üçün. Mən Yesmeralda yazıram, o da əsəbləşir.
Vahid: Axı sənin adın Yesmeralda deyil. Esmeraldadır.
Esmeralda: Yox e, papa, bir dəfə universitetdəki oğlanlardan biri adımı soruşmuşdu, mən də zarafata Yesmeralda demişdim. O da soruşdu ki, mənası nədir. Mən də dedim Yesmeralda – yəni Esmereldanı ye. (qəhqəhə çəkir) Mən də o gündən öyrəncəli olmuşam, həmişə Yesmeralda yazıram.
Vahid:(əsəbi) Bəsdir. Utanmaz. Hələ bir utanmadan danışır da. Bu gün elçi gəlir e sənə. Daha uşaq deyilsən. Yığışdır özünü.
Esmeralda:(acıq edir) Eee. Mən getdim. Siz də ki, heç söhbət adamı deyilsiz. Sağ olun. (hirslə çıxır)
Vahid: Narın xanım, deyirəm yaxşı ki, bu qızı ərə verməyin bir yolunu tapdıq. Vallah-billah qohum-əqrəbə içində biabır olardım bu qızla.
Narın: Elə biabır olmusan da. Xəbərin yoxdur e. Hamı arxamızca lağ edir.