Zaman Maşını (İki hissəli komediya) Keçmişlə gələcəyin elmi-bədii sintezi



Yüklə 341,27 Kb.
səhifə71/83
tarix07.01.2022
ölçüsü341,27 Kb.
#84650
1   ...   67   68   69   70   71   72   73   74   ...   83
Dilbər: (dik atılır) Qızıllar?

Qoca Zaman: (qorxur) Ürəyim düşdü ki... Nə olub? Bu necə oyanmaqdır?

Dilbər: (yerindən qalxıb kişiyə cumur) Sən mənim qızıllarımı oğurlamısan? (çantaya baxır) Yoxdur. Hanı mənim qızllarım?

Qoca Zaman: Yox, ay xanım, mən oğurlamamışam. Sən məni yanlış anladın...

Dilbər: Öz qulağımla eşitdim. Sən qızılları oğurladığını dedin. Ay qonşular! (qışqırır) Kömək edin. Oğru var! Ay qonşular! (üz-gözünü cırmaqlayır) Kömək edin!

Qoca Zaman: Bu lap şüvəndir ki. Nə olub, ay arvad? Deyirəm, mən oğurlamamışam da. Birazdan özün də biləcəksən ki, qızıllar hara gedib?!

Dilbər: Ay qonşular! (daha möhkəm qışqırır) Bəs bu yetimlər hanı? Ay bala! Ay Zaman, ay Murad.

Qoca Zaman: Sənin qızıllarını elə onlar oğurlayıb da.

Dilbər: Nə? Necə yəni? Onlar oğurlayıb? Axı mən öz qulağımla eşitdim ki, sən oğurladığını dedin.

Qoca Zaman: Öz qulağınla eşidəcəksən də. Mənim qulağımla eşitməyəcəksən ki. Bizim dilimizin də belə şeyləri olmaya...

Dilbər: Ay kişi, sən mənim qızıllarımı oğurlayıb hələ iki cavana da böhtan atırsan?

Qoca Zaman: Deyirəm, mən oğurlamamışam. Gəl, axtar üstümü. Nə tapdın sənindir.


Yüklə 341,27 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin