Zaman Maşını (İki hissəli komediya) Keçmişlə gələcəyin elmi-bədii sintezi


Dilbər: (cəld kişiyə yaxınlaşıb üstünü axtarır)



Yüklə 341,27 Kb.
səhifə72/83
tarix07.01.2022
ölçüsü341,27 Kb.
#84650
1   ...   68   69   70   71   72   73   74   75   ...   83
Dilbər: (cəld kişiyə yaxınlaşıb üstünü axtarır) Axtararam. Niyə axtarmıram ki? Gözlə. Hara qoymusan bu qızılları?

Qoca Zaman: Əcəb işə düşdük də.

Dilbər Qoca Zamanın ciblərinə baxır. Döş cibini yoxlayır, şalvarının ciblərini yoxlayır.

Dilbər: Hara qoymusan, hə? Tumanına salmısan? Heç utanmırsan? Bəlkə mənim qızıllarımı murdar eləmisən?!

Qoca Zaman: Ay arvad, deyirəm yoxdur da. İstəyirsən ora da bax.

Dilbər: Niyə baxmıram ki?! Gözlə.

Qoca Zaman: Ürəyindəndir e.

Dilbər dizlərini yerə qoyub oturur, Qoca Zamanın kəmərini açmağa başlayır. Qoca Zaman dərindən nəfəs alıb usanmış halda ah çəkir. Qapı açılır. Zaman və Murad içəri girib onları bu vəziyyətdə görürlər. İksi də üzünü yana çevirir. Dilbər cəld ayağa qalxır.

Zaman: Nənə… Burda nə baş verir?

Murad: Arvad necə izah eləsin nə baş verdiyini? Görmürsən nə baş verir? Hələ bir utanmadan soruşursan da.

Qoca Zaman: Uşaqlar, baxın, heç bir şey sizin gördüyünüz kimi deyil.


Yüklə 341,27 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin