səhifə 74/83 tarix 07.01.2022 ölçüsü 341,27 Kb. #84650
Qoca Zaman: (hirsli-hirsli Murada yaxınlaşır) Murad, mən səninçün bu sadəlövh , axmaq Zaman deyiləm e. Məni tora salmaq istəyirsən? Hə, tutaq ki , mən oğurlamışam. Nə edəcək bu arvad mənə? Yəni mən o günə qalmışam ki, bu arvaddan qorxum?
Dilbər: Düz deyir. Qorxan adam da mənim qızılımı oğurlayar? Amma mənə də Dilbər deyərlər , sənə bir toy tutum ki , el-aləm tamaşana dursun.
Qoca Zaman: Əlindən gələni arxana qoyma. Onsuz da indi hər şey aydınlığa çıxacaq. (qapı döyülür) Budur. İndi hamı biləcək ki , nə var, nə yox.
Murad qapını açır. Mehdi içəri girir.
Mehdi: Zaman burda yaşayır?
Zaman: Mənəm. Buyurun.
Mehdi: Məni tanıdınız?
Zaman : Yox, bağışlayın, tanımadım.
Mehdi: Mənimki də sualdır da. Hardan tanıyacaqsız? Biz heç bircə dəfə də görüşməmişik.
Zaman: Bağışlayın, mən heç bir şey anlamadım.
Mehdi: Mən sizin böyrəyiniz sayəsində yaşayıram. Adım Mehdidir. Siz mənə öz böyrəyinizi vermisiz.
Dostları ilə paylaş: