Zaman Maşını (İki hissəli komediya) Keçmişlə gələcəyin elmi-bədii sintezi



Yüklə 341,27 Kb.
səhifə76/83
tarix07.01.2022
ölçüsü341,27 Kb.
#84650
1   ...   72   73   74   75   76   77   78   79   ...   83
    Bu səhifədəki naviqasiya:
  • Dilbər
Qoca Zaman: Hə, nə oldu? Qorxuya düşdün?

Murad: Mən deyirdim də, bu arvad fırıldaqçıdır.

Zaman: Bir dəqiqə… Bəs Dilbər mənim haqqımda bütün həqiqətləri hardan bilir?

Mehdi: Atamın çoxlu vəzifəli tanışları var. Yəqin ki, onlar vasitəsi ilə öyrənib. O, belə işlərdə pərgardır. Əlindən hər cür fitnə-fəsad gələr.

Zaman: (Dilbərə) Siz mənim mərhum anamın adından istifadə etdiniz? Heç utanmadınız?

Dilbər: Oğlum…

Zaman: Mənə oğlum deməyin. İbadətlə məşğul olan yaşınızda fırıldaqla məşğulsunuz? Bəs İlahi ədalətdən qorxmursunuz?

Dilbər: Mən sizə hər şeyi izah edə bilərəm…

Qoca Zaman: Heç bir şeyi izah edə bilməyəcəksən. Deyəcəksən ki, övladların səni atıb, küçələrdə qalmısan, yaşa görə sənə iş verməyiblər, təqaüdün də dolanmağa yetməyib. Buna görə belə işlər tutursan?

Dilbər: Hə, düzdür. Baxın, o, bütün bunları bilir. Mən buna görə məcbur olmuşam.

Qoca Zaman: Ay arvad, bu dünyada heç bir şey vicdansızlığa, oğruluğa, dələduzluğa, insanları aldatmağa haqq qazandırmır. Məni də… Ehh… Yəni bu cavan oğlan Zamanı da qohumları atıb, valideynləri ölüb. Qalıb ortalıqda. Amma oxuyub, işləyib. İndi biraz dələduz adamların toruna düşüb, pula aldanıb, belə işlər tutub, onun da altından çıxacaq. Onsuz da ömür boyu bu səhvinin cəzasını çəkəcək və elə indidən buna peşmandır.

Zaman: Siz haqlısınız. Siz əvvəldən haqlı idiniz. Mən sizə inanmalı idim.


Yüklə 341,27 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin