Vahid: Sən neylədin? Mən sənə zəhmətimi haram edirəm.
Narın: Ağzından yel alsın. Demə balama elə. Əslində, ən düz işi o gördü.
Esmeralda: Papa…
Vahid: Qızım…
Esmeralda və Vahid qucaqlaşıb ağlayırlar. Narın isə Mehdini qucaqlayır və yaşaran gözlərini silir.
Dilbər: Bir dəqiqə… Bəs mənim haqqım nə olacaq? Hə, Vahid?
Vahid: Əşi nə haqq e? Sənin haqdan danışmağa nə üzün var? Görmürsən, it də getdi, ip də getdi.
Dilbər: Bunun mənə dəxli yoxdur. Sən mənim pulumu verəcəksən. Hələ bu evdə mənim qızıllarım da oğurlanıb.
Zaman: Hə… Tamam unutmuşdum. Dilbər xanım, ah bağışlayın, yoxsa sizə nənə deməli edim, ya da ki, saxta nənə…? Hə, adınız nə olursa olsun, qızılınızı biz oğurlamışıq. Əgər istəsəniz bizi polisə şikayət edərsiz. Şikayət etməsəniz də tezliklə pulunuzu qaytaracağıq.